Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“8 noyabr Zəfər Günü və Türkiyə - Azərbaycan qardaşlığı” mövzusunda videokonfrans keçirilib

05.11.2021

05.11.2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İsmayıllı, Qəbələ və Qobustan Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Böyük qələbəmizə həsr olunmuş “8 noyabr Zəfər Günü və Türkiyə - Azərbaycan qardaşlığı” mövzusunda videokonfrans təşkil olunub.

 

Konfransda İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, qonaq qismində Türkiyənin Hacettəpə Universitetinin “İktisadi ve İdari Bilimler Fakultəsi, Siyasi bilimi ve Kamu Yönetimi” bölməsinin akademiki, proffessor, Dr. Ali Çağlar, araşdırmacı türkoloq Cəlal İbrahimov, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun proffessoru İlham Həsənov və digər tarixçilər, mədəniyyət müəssislərinin rəhbərləri, əməkdaşları iştirak ediblər. 

 

Tədbiri giriş sözü ilə açan İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Gülnar Yusibova tədbir haqqında qısa məlumat verdikdən sonra bu qələbəmizdə öz qanlarını, canlarını vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və ilk olaraq sözü İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfova verib.  O, çıxışında 8 noyabr qələbəmizin təmin olunmasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rolu və Türkiyə- Azərbaycan qardaşlığı haqqında geniş məlumat verib. Daha sonra çıxış edən Türkiyədən olan qonaq professor, Dr. Ali Çağlar Türkiyə - Azərbaycan əlaqələri və bölgənin siyasi-coğrafi mövqeyi, qardaş Türkiyənin Azərbaycana dəstəyi haqqında danışıb. Araşdırmacı türkoloq Cəlal İbrahimov isə öz çıxışında bölgənin etnik tərkibi və coğrafi mövqeyi haqqında geniş məlumat verib. Növbəti söz Elmlər akademiyasının Tarix İnstitutunun proffessoru İlham Həsənova verilmiş və çıxışında Vətən müharibəsində əldə edilən qələbənin tarixi əhəmiyyəti və bu qələbəyə gedən yolun hansı proseslərdən keçdiyini, bölgənin tarixi barədə öz araşdırmaları mövzusunda məlumat verib.

 

Sonda İsmayıllı rayon Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov, Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Fuad Qasımzadə, Qobustan rayon Heydər Əliyev Mərkəzinin direktoru Cahangir Ağaməmmədov çıxış ediblər. 

 

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət