Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsi Qəbələ rayon Heydər Əliyev Mərkəzində “Zəfər yolu” adlı tədbir keçirilib

03.11.2021

2 noyabr 2021-ci il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində Qəbələ Dövlət Rəsm Qalereyası və Qəbələ şəhər Uşaq İncəsənət məktəbinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, idarənin Qəbələ rayonu üzrə nümayəndəsi Nargilə Qafarova və digər qonaqlar iştirak ediblər.

 

Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru Fuad Qasımzadə tədbiri giriş sözü ilə açaraq bir il bundan öncə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz tərəfindən 44 gün ərzində qazanılmış böyük Zəfərdən danışaraq bu münasibətlə hər bir iştirakçını ürəkdən təbrik edib.

 

Tədbirdə, həmçinin Qəbələ Dövlət Rəsm Qalareyası və Qəbələ şəhər Uşaq İncəsənət məktəbinin şagirdlərinin iştirakı ilə Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi də keçirilib və şagirdlərin ifasında Vətən müharibəsinə həsr olunan şeir və mahnılar səsləndirilib. Münsiflər heyəti tərəfindən seçilmiş ən yaxşı çəkilən rəsmlər diplom və hədiyyələrlə mükafatlandırılıb.

 

I yer - Məmmədova Gülbarə Elşən qızı

II yer - İbrahimova Şəbnəm Mehram qızı

III yer - Nuriyeva Çiçək Sərvan qızı

Həvəsləndirici yer - Əhmədli Səma Seymur qızı