Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağsuda İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə çəkilən “İbrət” qısametrajlı filminin təqdimatı olub

06.10.2021

Ağsuda İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə çəkilən “İbrət” qısametrajlı filminin təqdimatı olub.

 

Əvvəlcə narkomaniya və narkobiznesə qarşı mübarizə məqsədilə çəkilən 41 dəqiqəlik “İbrət” sosial-maarifləndirici filmi nümayiş etdirilib. Film gənc övladları kənar təsirlərə uyaraq narkoman olan və sonu ölümlə nəticələnən bir ailənin faciəsindən bəhs edir.

 

Filmin nümayişindən sonra çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayon polis şöbəsinin rəisi Fəxrəddin Abbasov, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov narkomaniyanın bəşəriyyət üçün sosial bəla olduğunu diqqətə çatdıraraq, buna qarşı mübarizənin zəruriliyini vurğulayıblar. Filmin bu baxımdan, xüsusilə yeniyetmə və gənclər üçün sosial-maarifləndirici əhəmiyyəti qeyd olunub.