Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi, İsmayıllı Rayon Gənclər və İdman idarəsi və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə keçirilən ”Yay Təcrübə Proqramı” yekunlaşdırılıb

31.08.2021

İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi, İsmayıllı Rayon Gənclər və İdman idarəsi və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı ilə keçirilən "Yay Təcrübə Proqramı" yekunlaşdırılıb.

Gənclər mütəmadi olaraq yeniliklərə can atır, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərirlər. Yüksək potensiala, təşəbbüskarlıq keyfiyyətlərinə malik olan gənclərin dəstəklənməsi, onların keyfiyyətli kadr potensialı kimi yetişməsi məqsədilə İsmayıllı Regional Mədəniyyət İdarəsi, İsmayıllı Rayon Təhsil Şöbəsi, İsmayıllı Rayon Gənclər və İdman idarəsi və İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı “Yay Təcrübə Proqramı” adlı layihə həyata keçirilib. Layihə müddətində gənclər müxtəlif təlimlərdə iştirak ediblər.

31 avqust 2021-ci il tarixində iştirakçılar İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov və İsmayıllı Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehovla görüşüblər. Görüşdə Elçin Nəcəfov İsmayıllı Regional Mədəniyyət İdarəsinin fəaliyyəti, strukturu, keçirilən layihələrlə bağlı ətraflı məlumat vermiş, gəncləri maraqlandıran sualları cavablandırmışdır.

Növbəti mərhələdə iştirakçılar İsmayıllı Rayon İcra Hakimiyyəti, İsmayıllı Regional Mədəniyyət İdarəsi və İsmayıllı Rayon Gənclər və İdman idarəsində təcrübə keçəcəklər. Təcrübə müddətini uğurla bitirən iştirakçıların müvafiq strukturlarda işlə təmin olunması planlaşdırılır.