Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin bir qrup üzvü ilə görüş keçirilib

23.07.2021

23 iyul 2021-ci il tarixdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyinin bir qrup üzvü İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən “İncəsənət həmişə aktualdır” adlı sərgi ilə və İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları və iş şəraiti ilə yaxından tanış olmuşdurlar.

Daha sonra İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov və idarənin əməkdaşlarının iştirakı ilə görüş keçirilmişdir. İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyətə, milli- mənəvi dəyərlərin qorunub saxlanılmasına göstərilən yüksək diqqət və qayğıdan söz açmış, mədəniyyətin təbliği və inkişaf etdirilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirmişdi.

Daha sonra İsmayıllı Regional Mədəniyyət İdarəsinin fəaliyyəti, strukturu, keçirilən layihələrlə bağlı ətraflı məlumat verilmiş, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət