Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İsmayıllı Regional Mədəniyyət İdarəsində İkinci Qarabağ müharibəsində iştirak etmiş tabe müəssisələrin əməkdaşları ilə görüş keçirilib

02.07.2021

2 iyul 2021-ci il tarixdə İsmayıllı Regional Mədəniyyət İdarəsində İkinci Qarabağ müharibəsində iştirak etmiş tabe müəssisələrin əməkdaşları ilə görüş keçirilib.

Görüşü giriş sözü ilə açan İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən söz açmış və ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda keçirilən hərbi əməliyyatlarda hərbçilərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar və qürur hissi doğurduğunu bildirmişdir. Eləcə də, dövlətimiz tərəfindən şəhid ailələrinə və qazilərə yüksək diqqət və qayğı göstərildiyi vurğulanmış və onlara mənəvi dəstək göstərilməsinin hər birimizin vətəndaşlıq borcu olduğu bildirilmişdir.

Görüşdə iştirak edən müharibə iştirakçıları keçmiş olduqları şərəfli döyüş yolu ilə bağlı məlumat vermişdilər. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Qobustan rayonundan olan Bünyətov Coşqun "Qubadlının azad olunmasına görə" və "Laçının azad olunmasına görə", Orucov Səmid "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə", Ağsu rayonundan olan Cavadlı Taleh "Suqovuşanın azad olunmasına görə", İsmayıllı rayonundan olan Nuriyev Ramiz "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə", Babazadə Orxan isə "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif ediliblər.

Görüşdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Gülər Abdullayeva iştirak ediblər. Sonda qazilərlə xatirə şəkli çəkilib.