Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İkinci Qarabağ Müharibəsi şəhidi Rauf Əliyevin xatirəsinə barelyef qoyulub

18.06.2021

17 iyun 2021-ci il tarixdə Şamaxı şəhərində İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin tar ixtisası müəllimi,Vətən müharibəsi şəhidi Əliyev Rauf İlyas oğlunun doğulduğu evin qarşısında onun xatirəsinə həsr olunmuş barelyefin təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Millət vəkili Tamam Cəfərova, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Şamaxı rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdan Nəhmətov, Qobustan şəhər R.Behbudov adına Uşaq İncəsənət məktəbinin müəllim kollektivi və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Tədbirin əvvəlində 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan böyük zəfərdə şəhid olan bütün Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə olan böyük diqqət və qayğısı xüsusi olaraq vurğulandı.

Şəhid Əliyev Rauf İlyas oğlunun valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova və İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfova öz təşəkkürlərini bildirdilər.

 

196.1 KB

 

179.5 KB

 

171.9 KB