Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən 18 may-Beynəlxalq Muzeylər Günü qeyd edilib

18.05.2021

Beynəlxalq Muzeylər Günü 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, builki deviz "Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış" idi.

Respublikanın bütün muzeylərində Beynəlxalq Muzeylər Günü müxtəlif kütləvi tədbirlər, sərgilər formasında keçirilir. İsmayıllı Regional Mədəniyyət İdarəsi tərəfindən 18 may 2021-ci il tarixində Beynəlxalq Muzeylər Günü qeyd edilmişdir. İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyində "Muzeylər Baharı" adlı açıq hava sərgisi ilə tanış olmuş və Orta Əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksini ziyarət etmişdir.

"Muzeylər Baharı" adlı sərgidə müxtəlif dövrlərə aid eksponatlar, rəsm əsərləri, qədim dövrlərə aid misgərlik, dulusçuluq, toxuculuq nümunələri ,Orta Əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində isə arxeoloji qazıntılar zamanı meydana çıxan mədəniyyət abidələri nümayiş olunmuşdur.

 

 

161.9 KB

 

171.7 KB

 

189.9 KB