Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98- ci ildönümü münasibətilə ”Sən elə bir zirvəsən” adlı yeniyetmələr və gənclər arasında onlayn mahnı müsabiqəsi

27.04.2021

İsmayıllı Regional Mədəniyyət İdarəsi, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşəkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə “Sən elə bir zirvəsən” adlı yeniyetmələr və gənclər arasında onlayn mahnı müsabiqəsi keçirəcəkdir. Müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının müvafiq yarımbəndlərinin icrasının təmin edilməsi , ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunu və xidmətlərini təbliğ etmək, istedadlı uşaq və gənclərin yaradıcılıq potensialını üzə çıxarmaqdan ibarətdir. Müsabiqə 2 yaş qrupunda (7-14, 15-20) xalq mahnıları, bəstəkar mahnıları, fortepiano və xalq çalğı alətləri üzrə 2 mərhələdə keçirilir: I mərhələ - 27 aprel - 05 may 2021-ci il. Bu mərhələdə iştirakçılar tərəfindən hazırlanan mahnıların qəbulu aparılır. Hazırlanan mahnılar video formatda ismayilli.u.i.m.1968@mail.ru elektron ünvanına və ya +994 558053535 əlaqə nömrəsinə whatsap vasitəsi ilə göndərilməlidir. II mərhələ - 05– 08 may 2021-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilir. Müsabiqə üzrə tələblər aşağıdakılardır: - İştirakçı yalnız bir nominasiya üzrə iştirak edə bilər; - İştirakçı seçdiyi nominasiya üzrə bir nömrədən ibarət videogörüntü təqdim etməlidir; - Təqdim olunan mahnı 3-4 dəqiqədən çox olmamalıdır; - Müsabiqəyə təqdim olunan mahnı minusla və ya akopella oxuna bilər; - Müsabiqəyə fonoqram qəbul olunmur; - İştirakçının videogörüntüsü telefon, planşet və ya kamera ilə çəkilə bilər; - Təqdim olunan videogörüntülər aydın və keyfiyyətli olmalıdır. -Təqdim olunan ifadan öncə iştirakçı özü barədə məlumatı (adı, soyadı, ata adı, təvəllüdü, təhsil aldığı müəssisə, ifa etdiyi mahnının adı) hazırladığı videogörüntü ilə birgə təqdim etməlidir. Müsabiqənin qalibləri və fəal iştirakçılar İsmayıllı Regional Mədəniyyət İdarəsi, Rayon Təhsil Şöbəsi və Gənclər və İdman idarəsi tərəfindən diplom və hədiyyələr ilə təltif olunacaqlar.

 

85.4 KB