Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Heydər Əliyevin rolu adlı videokonfrans

22.04.2021

21 aprel 2021-ci il tarixində Şamaxı Heydər Əliyev Mərkəzinin və Şamaxı YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş " Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliğində Heydər Əliyevin rolu " adlı videokonfrans keçirildi.Konfransda qonaq qismində dosent filologiya üzrə fəlsəfə doktoru Aynur Qəzənfərqızı, İsmayıllı RMİ-nin rəis müavini, Şamaxı rayonu üzrə baş məsləhətçisi, Şamaxı rayon Gənclər və İdman idarəsinin, təhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, Şamaxı YAP Gənclər birliyinin üzvləri iştirak edirdi. Tədbiri giriş sözü ilə YAP Gənclər Birliyinin sədri Nuranə Məmmədova açaraq iştirakçıları salamladı və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında sərəncam imzalayıb. 2021-ci ildə dahi şair və mütəfəkkirin anadan olmasının 880 illiyi tamam olur. Daha sonra Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış edərək bildirdi ki, dahi şair Nizami Gəncəvi Azərbaycan ədəbiyyatını dünyada tanıdan bir şəxsiyyət olmuşdur. Klassik irsimizə, böyük dahilərimizə həmişə qiymət verən Ümummili lider Heydər Əliyev Nizami Gəncəviyə xüsusi rəğbət bəsləmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş " Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvi irsinin öyrənilməsini, nəşrini , və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni imkanlar açmışdır.1981-ci ildə isə Heydər Əliyev Nizami Gəncəvinin doğum gününü nəzərə alaraq onun 840 illiyi haqqında yeni sərəncam imzalayır və bunun nəticəsində onlarla Nizamişünas alim, şair riqqətə gəlib şair haqqında illərlə yatıb qalan mətləbləri həyata keçirməyə başlayırlar. Bakıda Nizami metrostansiyasının tikilişi, Gəncədə Nizami məqbərəsinin ucaldılması, Sank Peterburqda Nizaminin heykəlinin qoyulması Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və şəxsi iştirakı ilə həyata keçirilmişdir Daha sonra çıxış edən dosent filologiya üzrə fəlsəfə doktoru Aynur Qəzənfərqızı Nizaminin əsərlərində folklor materiallarının istifadəsindən, bu materiallara hansı şəkildə niyə müraciət etməsindən danışdı. Nizaminin əsərlərində istifadə edilən bir çox toponomik yerlər haqqında məlumat verdi. Bildirdi ki dahi Nizami əsərlərində folklorun bütün variantlarından məharətlə istifadə edib. Şamaxı RTŞ-ni metodisti Nişanə Eyyubova Nizami əsərlərində qadın obrazlarından məharətlə istifadə olunması mövzusunda , 9 saylı orta məktəbin direktor müavini Mətanət Daşdəmirova isə Nizami əsərlərində xeyirxahlıq əməksrvərlik mövzusunda geniş çıxış etdilər. Sonda isə tələbə və şagirdlərin ifasında Nizami lirikasından parçalar səsləndirildi

 

32.4 KB

 

240.7 KB

 

34.8 KB