İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

İsmayıllı rayonunun 90 illiyi münasibətilə tədbir keçirilib

24.11.2021

İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 24 noyabr 2021-ci il tarixində İsmayıllı rayonunun yaranmasının 90-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, İsmayıllı rayon Təhsil Şöbəsi, İsmayıllı rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və digər qonaqlar iştirak ediblər. 

 

İlk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.Tədbir çərçivəsində son illərdə əldə olunan nailiyyətlərlə bağlı sərgi təşkil olunub. 

 

Açıq havada İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin kollektivi və idmançılar çıxış ediblər. Sərgidə qədim tarixə malik olan İsmayıllının simvolları sayılan sənətkarlıq nümunələri, Basqal kəndində hazırlanan kəlağayı, müxtəlif dövrlərə aid misgərlik nümunələri, milli mətbəximizin təamları nümayiş olunub. Daha sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İsmayıllı rayonuna səfərləri ilə bağlı film izlənilib.

 

Rayonun ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayan sakinlər İsmayıllı Rayon İcra Hakimiyyəti tərəfindən "Fəxri Fərman"larla təltif olunub. Sonda Xarıbülbül musiqi festivalında iştirak edən "Lahıc", "Slavyanoçka" Xalq folklor kollektivləri çıxış ediblər.

 

#MinistryforCulture
#MədəniyyətNazirliyi
#Azərbaycan
#İsmayıllıRMİ
#mədəniyyət