İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə İsmayıllı Regional Mədəniyyət İdarəsində İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin müəllimləri ilə görüş keçirilib

06.10.2021

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə İsmayıllı Regional Mədəniyyət İdarəsində İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin müəllimləri ilə görüş keçirilib.

Tədbirdə İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Gülər Abdullayeva, İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin direktoru Bəhruz Həşimov, musiqi məktəbinin müəllimləri iştirak ediblər.

Elçin Nəcəfov öz çıxışında 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik etmişdir. Eləcə də bildirmişdir ki, gələcək nəslin cəmiyyətə layiqli vətəndaş kimi yetişməsində müəllimlərin rolu danılmazdır. Müəllimlər günü ilk dəfə 1966-cı ildə YUNESKO-nun qərarı ilə qeyd edilməyə başlanmışdır. Azərbaycanda isə bu günün keçirilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Ulu Öndər Heydər Əliyev müəllimlik peşəsinə hər zaman həssaslıqla yanaşmış və xüsusi diqqət göstərmişdir. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mədəniyyətə, milli- mənəvi dəyərlərin qorunub saxlanılmasına yüksək diqqət və qayğı göstərilmiş, mədəniyyətin təbliği və inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən olmuşdur. Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı İsmayıllı rayon Komitəsinin sədri Gülər Abdullayeva da çıxış edərək müəllimləri xüsusi gün münasibəti ilə təbrik etmişdir.

İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbinin müəllimləri də öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirmişlər.

Daha sonra musiqi məktəbinin müəllimlərinə “Pandemiya dövründə distant dərslərin keçirilməsində fəal iştirakına və Beynəlxalq Müəllimlər Günü” münasibətilə “Fəxri Fərman”lar və mükafatlar təqdim edildi. Tədbir İsmayıllı rayon F.Əzimov adına Uşaq İncəsənət Məktəbində davam etdirilib.