Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Region haqqında
Səhiyyə

Qəbələ

Qəbələ əhalisinə 180 çarpayılıq MRX-sı (bura 50 doğum, 50 cərrahiyyə, 20 ginekoloji, 40 terapiya və 20 infeksion çarpayıya malik şöbələr aiddir), 50 çarpayılıq uşaq xəstəxanası, poliklinika və uşaq poliklinikası, Qadın məsləhətxanası, 3 KSX-sı ( ( Nic, Vəndam, Hacallı) hər biri 25 çarpayı olmaqla cəmi 75 çarpayı), 6 KHA-sı ( Mirzəbəyli, Zalam, Bum ( 5 doğum çarpayısı), Tüntül, Mıxlıqovaq və Tikanlı ) və 36 FMM-si (Aydınqışlaq, B.Əmilli, Əmilli, Kürd, Kötüklü, Laza, Mamaylı, Məlikli, Məmmədağalı, Nohurqışlaq, Savalan, Seyidqışlaq, Solquca, Soltannuxa, Tola, Uludaş, Xırxatala, Ç.Qəbələ, Həməzəlli, Cığatelli, Əmirvan ) xidmət edir.

MRX-sının bütün şöbələri əsaslı təmir olunmuş və hər biri üçün avtonom odun və qazla isitmə sistemi istifadəyə verilmişdir.

Mərkəzi rayon xəstəxanasında 732 (579 nəfəri qadın, 153 nəfəri kişi ) işçi fəaliyyət göstərir. Bunlardan 138 həkim, 364 orta tibb işçisi və 230 nəfəri kiçik tibb işçisidir. Həkimlərdən 1 nəfəri tibb elimləri namizədi və 2 nəfər əməkdar həkim kimi fəaliyyət göstərir.

Müalicə Diaqnostika mərkəzi

Qəbələ rayonunda Yeni Müalicə Diaqnostika Mərkəzi tikilib, istifadəyə verilmişdir. Mərkəzdə 200 nəfərə yaxın işçinin işləməsi üçün yer nəzərdə tutulmuşdur. Burada aşağıdakı şöbələr mövcuddur.

Şüa diaqnostikası.
Cərrahiyyə şöbəsi.
Reanimasiya şöbəsi.
Poliklinika şöbəsi.
Dializ şöbəsi.

Şöbələr ən müasir avadanlıqlarla təmin olunmuşdur. Avadanlıqlar aşağıdakılardır:

Komputer şüa diaqnostikası.
Rəqəmsal spirallı komputer tomoqrafiyası.
Rəqəmsal rentgen aparatı.
Ultrasəs müayinə aparatı.
EXO.
Komputer strestest.
Kompuyter endoskopiya.
Kompuyter kolonoskopiya.
Kompuyter spirometriya.
Kompuyter elektrokardioqraf.

Müalicə Diaqnostika Mərkəzinin əlaqə telefonları aşağıdakı kimidir:

(0-160) 5-41-00 - baş həkim.
(0-160) 5-41-60 - baş həkimin müavini

Mərkəzi rayon xəstəxanası

180 çarpayılıq MRX-sı (bura 50 doğum, 50 cərrahiyyə, 20 ginekoloji, 40 terapiya və 20 infeksion çarpayıya malik şöbələr aiddir), 50 çarpayılıq uşaq xəstəxanası, poliklinika və uşaq poliklinikası, Qadın məsləhətxanası, 3 KSX-sı ( ( Nic, Vəndam, Hacallı) hər biri 25 çarpayı olmaqla cəmi 75 çarpayı), 6 KHA-sı ( Mirzəbəyli, Zalam, Bum ( 5 doğum çarpayısı), Tüntül, Mıxlıqovaq və Tikanlı ) və 36 FMM-si (Aydınqışlaq, B.Əmilli, Bayramkoxa, Bunud, Bılıx, Böyük Pirəlli, Qaradeyin, Quşlar, Qəmərvan, Daşlıca, Dızaxlı, Zarağan, Ziring, Zərgərli, Yemişənli, Yenikənd, Kiçik Pirəlli, Kiçik Əmilli, Kürd, Kötüklü, Laza, Mamaylı, Məlikli, Məmmədağalı, Nohurqışlaq, Savalan, Seyidqışlaq, Solquca, Soltannuxa, Tola, Uludaş, Xırxatala, Ç.Qəbələ, Həməzəlli, Cığatelli, Əmirvan kəndlərinə) xidmət edir.

MRX-sının bütün şöbələri əsaslı təmir olunmuş və hər biri üçün avtonom odun və qazla isitmə sistemi istifadəyə verilmişdir.

Mərkəzi rayon xəstəxanasında 732 (579 nəfəri qadın, 153 nəfəri kişi ) işçi fəaliyyət göstərir. Bunlardan 138 həkim, 364 orta tibb işçisi və 230 nəfəri kiçik tibb işçisidir. Həkimlərdən 1 nəfəri tibb elimləri namizədi və 2 nəfər əməkdar həkim kimi fəaliyyət göstərir.

Qəbələ MRX-nn əlaqə telefonları və internet ünvanı aşağıdakı kimidir:
Əlaqə telefonları:

(0-160) 5-00-03; 5-13-89 - (Baş həkim, Sabir Bayramov )
(0-160) 5-13-64 - (Baş həkimin müavini, Tofiq Hacıyev )
(0-160) 5-13-46 - (Baş mühasib, Vəzifə Mirzəliyeva )
(0-160) 5-41-68 - (Metod kabinet, Təranə Məmmədova)
(0-160) 5- 13-54 - (Cərrahiyyə şöbəsi, Səfa Hacıyev)
(0-160) 5- 13-56 - (Doğum şöbəsi)

İnternet ünvanları:

qebelemrx1@rambler.ru - Qebele MRX.
qebele.pol@rambler.ru - Poliklinika şöbəsi.
qebeleuşaq.xes@rambler.ru - Uşaq xəstəxanası.
qebeleuşaq.pol@rambler.ru - Uşaq poliklinikası.

Gigiyena və Epidemologiya mərkəzi

Qəbələ rayon Gigiyena və Epidemiologiya Mərkəzi rayon əhalisi arasında yolxucu xəsəliklərə qarşı profilaktik tədbirlər aparır əhalinin sanitar epidemioloji salamatlığını təmin edən tədbirləri həyata keçirir.
Qəbələ rayon GEM-i I rayon tipli olub Mərkəzdə yetmiş ştat vahidi vardır.

İdarə etmə aparatında və Təsərüffat xidmət heyyəti 11
Həkim heyyəti 12
Orta tibb heyəti 44
Kiçik tibb heyəti 3

Rayon GEM-ində 3 şöbə vardır:

Sanitariya Gigiyena şöbəsi
Epidemioloji şöbə
Dezinfeksiya bölməsi

Sanitariya Gigiyena şöbəsi- Mülkiyyət formasında asılı olmayaraq idarə və təşkilatlarda, o cümlədən yeyinti və ticarət müəssisələrində,su təchizatı qurğularında,tədris,təlim,müəssisələrində,kommunal,məişət,rabitə və sair sahələrdə xəbərdaredici və cari sanitariya nəzarət aparır.
Sanitariya şöbəsində 21 ştat vahidi vardır.Bu şöbədə qidalanma,uşaq yeniyetmə,kommunal,əmək gigiyenası bölmələri sanitar gigiyena labaratoriyası vardır

Qidalanma gigiyenası bölməsi- Ərzaq məhsullarının istehsalı,daşınması, saxlanması,ticarəti üzərində sanitariya nəzarəti aparır.Qidadan əmələ gələn müxtəlif növ zəhərlənmələri tətqiq edir qarşısının alınması üçün tədbirlər həyata keçirilir.

Uşaq yeniyetmə gigiyenası bölməsi- insan həyatının uşaqlıq yeniyetmə dövründə insanın sağlamlığına müxtəlif mühit amillərin təsirini öyrənir.Onların hərtərəfli inkişafı üçün şərait yaradılması üçün tədbirlər görülür.Təhsil müəssisələrinə,uşaq baxçalarına cari xəbərdaredici sanitar nəzarəti aparılır.

Əmək gigiyenası bölməsi- insanın əmək fəaliyəti onun icra olunduğu istehsalat şəraitinin insan orqanizminə təhsilini öyrənir,sağlam əmək şəraininin yaradılması üçün tələb və təkliflər verir.Sənaye,kənd təsərüfatı müəssisələrinə,istehsalat sexlərinə və s. cari və xəbərdaredici sanitariya nəzarəti aparır.

Kommunal gigiyena bölməsi- Yaşayış məntəqələrinin sanitar abadlıq vəziyyətinə su təchizatı qurğularına kommunal obyektlərə xəbərdaredici və cari sanitariya nəzarəti aparır.

San-gig laboratoriya- yaşayış məntəqələrindən ayrı-ayrı obyektlərdən götürülmüş su,ərzaq nümunələrinin sanitariya ekspertizasını aparır,istifadəyə yararlı olub olmadığını müəyənləşdirir.Meyvə tərəvəz məhsullarından götürülmüş nümunələrdə nitratların miqdarını təyin edir,nitratların icazə həddi dozasında olub olmadığını müəyən edir.

Epidemioloji şöbə- yolxucu xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirir.Yolxucu xəstəlik ocaqlarında sanitar əksepidemioloji tədbirlər aparır,Müalicə Profilaktika Müəssisələri tərəfindən əhali arasında yolxucu xəstəliklərə qarşı peyvəndlərin aparılmasına nəzarət edir,səhiyyə müəssisələrində epidemioloji müayinələr aparır,bu müəssisələrdə sanitar əks-epidemioloji rejimin yaxşılaşdırılması üçün tələb və təkliflər verir.
Epidemioloji şöbədə 22 ştat vahidi vardır.Bu şöbədə epidemioloq parazitoloq, entomoloq ,hidrotexnik ştatları vardır.Bakterioloji və parazitoloji labaratoriyalar fəaliyyət göstərir.

Bakterioloji laboratoriyada- xəstələrdən götürülən material bakterioloji,seroloji müayinə edilir o cümlədən bakteriyagəzdirənlik müəyyən edilir sudan,havadan,qida məhsullarından götürülən nümunələrin bakterioloji müayinəsi aparılır.

Parazitoloji şöbə- parazitar xəstəliklərin (maliyariya,leyşmanyoz,qurd xəstəlikləri və.s) qarşısının alınması üçün profilaktik tədbirlər aparılır.

Parazitoloji labaratoriyada- xəstələrdən götürülən materialda suda,qida məhsullarınında, götürülən yaxmalarda helmentə görə müayinə aparılır,xəstəliyə şübhəli temperaturalı şəxslərdən götürülmüş qan yaxmaları malyariya görə yoxlanılır parazitoloji xəstəliklər aşkar edilir.

Entemoloq- su tutarlarda ağcaqanad süfrələrinin təyin olunması, malyaroqen zonaların müəyənləşdirilməsi,malyariya xəstəliyinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsində iştirak edir.
Hidrotexnik malyaraqen arazilərdə, maliyariya xəstəliyi ocaqlarında su tutarlarının qurudulması digər hidrotexniki tədbirlərin aparılmasında iştirak edir.

Parazitoloji şöbədə olan təlimatçı dezinfektor və dezinfektorlar Malyaroqen ərazilərdə, suutarlarda,malyariya, digər parazitar xəstəlik ocaqlarında profilaktik və cari dezinfeksiya tədbirləri aparır.

Dezinfeksiya bölməsi- yolxucu xəstəlik ocaqlarında cari və tamamlayıcı dezinfeksiya tədbirləri aparır.Bu bölmədə 6 ştat vahidi vardır.