Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
Səhiyyə

Şamaxı

Şamaxı səhiyyəsi də qədim tarixə malikdir.Tarixi mənbələrə görə Şirvanşah Fərabuzun göstərişi ilə Şirvanda(Məlhəm kəndində) tibb akademiyası yaradılmışdır.Həmin akademiyanın yaradıcısı və qurucusu Azərbaycanın böyük şairi Xaqanin əmisi və müəllimi Kafiəddin Ömər ibn Osman olmuşdur.Burada əsasən əsəb xəstəliklərinə qarşı müalicə işləri aparılmışdır.Məlhəm kəndinin adı da məhz buradan qaynaqlanır.Bundan əlavə Dədəgünəş kəndinin yaxınlığında da müalicəxananın olması baradə bir sıra mənbələr mövcuddur.Hazırda həmin ərazi ziyarətgah yeridir.
Orta və XIX - XX əsrlərdə də Şamaxının tanınmış həkimləri olmuşdur.Deyilənlərə görə Şamaxı çar Rusiyasının tərkibinə daxil edilən dövrlərdə Kərbəlayı Ələkbər adlı məşhur təbib azad düşüncəyə malik olduğu üçün quberniyya rəisinin qəzəbinə tuş gəlir.Onu Sibirə sürgün edilən ərəfədə quberniya rəisinin yanına gətirirlər.Təbib yerişinə baxıb dərhal onun ayağındakı xəstəliyin adını söyləyir.Quberniya rəisi təəccüblə"bəli"deyir. Hiss edir ki, onun dərdinin carəsi məhz bu təbibdədir. Beləliklə, Kərbəlayı Ələkbər Sibir sürgünündən, quberniya rəisi isə həmin xəstəlikdən xilas olurlar.
1930- cu ildə Şamaxı rayonunda səhiyyə şöbəsi yaradılmışdır. 1934-cü ildə bu günkü xəstəxananın yerində Səhiyyə komissarı M.Qədirlinin göstərişi ilə vərəm əleyhinə sanatoriya yaradılmışdır.Müharibə illərində həmin sanatoriya qospitala çevrilmişdir.Sonralar qospitalın yerində rayon mərkəzi xəstəxanası yerləşdirilmişdir. Rayonda səhiyyə sisteminin qurulmasında və əhaliyə yüksək tibbi xidmətinin göstərilməsində tanınmış həkimlərdən Emin Əfəndiyevin, Aydın İmaməliyevin, İslam Abdullayevin, Umbay Əmirovun, Rauf Salamovun, Sifadə Məmmədovun, Həbib Babayevin, Kübra Səlimbəylinin, Məğlubə Əfəndiyevanın, Salman Mustafayevin və başqalarının böyük əməyi olmuşdur.
Hazırda Şamaxı rayonunda Diaqnostika Mərkəzi, 131 çarpaylıq rayon mərkəzi xəstəxanası, 15 çarpaylıq Göylər kənd xəstəxanası, 14 həkim, 21 tibb məntəqəsi və təcili və təxirə salınmaz tibbi xidmət şöbəsi fəaliyyət göstərir. Mərkəzi xəstəxana üzrə 132 həkim və 389 orta tibb işçisi çalışır. Şamaxı rayonu üzrə 2011-ci ilin 5 ayı ərzində 631 uşaq doğulmuşdur. Uşaqlar arasında yüksək ölüm və əlilik verən poliomielit kimi kəskin yolxucu xəstəliklər ləğv edilmişdir. Şamaxı rayon mərkəzi xəstəxanası rayon əhalisinə aşağıdakı ixtisaslaşdırılmış tibbi xidmətləri göstərir.
- Kardiologiya
- Anesteziologiya və intensiv terapiya
- Uralogiya
- Nevrologiya
- Fizioterapiya
- İnfeksion xəstəliklər
- Laboratoriya
- Otolorinqologiya
- Oftolmologiya
- Onkologiya
- Terapiya
- Cərrahiyə
- Endoskopiya
- Qadin məsləhətxanası
- Doğum şöbəsi
- Ginekologiya
- Stomotologiya
- Şüa-diaqnostika

Müalicə Diaqnostika Mərkəzi

Təməli 2007-ci ilin martında qoyulmuş mərkəz 2009-cu ilin noyabrın 26-da istifadəyə verilmişdir. Açılış mərasimində Azərbaycan Resrpulikasının Prezidenti cənav İlham Əliyev iştirak etmişdir.
1,5 hektar ərazidə yerlıəşən Diaqnostika Mərkəzinin tikintisinin ümumi sahəsi 7000 kvadrat metr o, cümlədən əsas korpusun sahəsi 5800 kvadrat metrdir.
Mərkəzin binası 3 mərtəbəlidir.1-ci mərtəbədə 60, 2-ci mərtəbədə 51, 3-cü mərtəbədə 30 otaq olmaqla mərkəzdə qəbul, poliklinika, funksional diaqnostika, dializ, stosionar, əməliyyat, reanimasiya, cərahiyyə, kompyuter tomoqrafiya, rentgen və s şöbələr fəaliyyət göstərir.
Mərkəzin xidmətindən Şamaxı rayonun əhalisi ilə yanaşı, qonşu rayonların sakinləri də istifadə edirlər.Son vaxtlar burada böyük uğurla acıq ürək və digər əməliyyatlar aparılmışdır.