Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Region haqqında
Təhsil

Şamaxı

Məlum olduğu kimi,Şamaxı təhsili çox zəngin bir tarixə malikdir.Qədim mənbə və məxəzlərin verdiyi məlumatlara görə bu bölgədə təhsilin əsası mədrəsələr vasitəsilə qoyulmuşdur. Məşhur alman səyyahı və alimi Adam Oleari burada olarkən mədrəsələrdə dünyəvi elmlərin də öyrənildiyinin şahidi olmuşdur.
XIX əsrin ikinci yarısından etibarən Şamaxı təhsili təşəkkül tapmağa başlamışdır. Həmin dövrdə burada iptidai məktəb, qız məktəbi, rus-Azərbaycan məktəbi, xalq məktəbi və s. fəaliyyət göstərməyə başlamışdır. Bununla da Şamaxıda məşhur pedaqoqlar nəsli yetişmişdir. Bu gün onlarardan S.Ə.Şirvaninin, M.Ə.Sabiririn, S.M.Qənizadənin, H.Mahmudbəyovun, M.Mahmudbəyovun, Ə.Orucovun, C.Cəbrayılzadənin, A.Cerniyayevskinin və başqalarının adlarını böyük fəxr hissi ilə cəkə bilərik.
Keçmiş sovet dövründə rayonun ümumtəhsil sahəsində geniş şəbəkə formalaşdırılmış, Şamaxıda Pedoqoji Məktəb , Kənd Təsəttüfatı Texnikumu və Tibb Məktəbi fəaliyyət göstərmişdir.
Şamaxı rayon təhsil şöbəsinin tabeliyində 72 ümumtəhsil məktəbi, 22 məktəbəqədər, 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsi fəaliyyət göstərir. Ümumtəhsil məktəblərinin 51-i tam orta, 17-si ümumi orta, 4-ü ibtidaidir. Şamaxı rayonunda xüsusi qabiliyyətli şagirdlərin istedad və bacarıqlarının daha da inkişaf etdirməsinə xidmət edən texniki, humanitar və təbiət fənləri təmayüllü lisey fəaliyyət göstərir. 2009-2010-cu tədris ilində ümumtəhsil məktəblərində 11650 nəfər şagirdin təlim və tərbiyəsi ilə 1956 nəfər müəllim, məktəbəqədər uşaq tərbiyə müəssisələrində 1135 nəfər uşağın tərbiyəsi ilə 146 nəfər tərbiyəçi məşğul olur. 5 məktəbdənkənar uşaq tərbiyə müəssisəsində, o cümlədən Uşaq Gənclər Yaradıcılıq Mərkəzində, Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində, Texniki Yaradıcılıq Mərkəzində, Şahmat Məktəbində, Uşaq Gənclər İdman Məktəbində 189 dərnəyə 2845 nəfər şagird cəlb edilmişdir. Həmin müəssisələrdə 69 nəfər müəllim və dərnək rəhbəri çalışır.
Ümumtəhsil məktəblərində çalışan müəllimlərin 6 nəfəri Əməkdar müəllimi, 7 nəfəri orden və medallarla təltif olunmuşdur. 2007-ci ildə liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Həbibə Eldarova, 2008-ci ildə şəhər 5 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Sevinc Qasımova "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi olmuş və 5(beş) min manat pul mükafatı almışlar. Məktəblərdən 25-i, məktəbəqədər uşaq tərbiyə müəssisələrindən 5-i bir tipli layihə əsasında tikilmiş binalarda fəaliyyət göstərir. 70 məktəb beş günlük iş həftəsi ilə işləyir. Təlim məşğələləri 67 məktəbdə Azərbaycan dilində, 5 məktəbdə isə Azərbaycan və rus dillərində keçirilir. Məktəblərin əksəriyyəti zəngin tədris bazası vardır. Texniki, humanitar və təbiət fənləri təmayüllü liseydə müasir kompüter kabineti quraşdırılmışdır. Bu tədris müəssisəsi rayonun, habelə respublikanın ən qabaqcıl tədris müəssisələrindəndir. Lisey 2007-ci ildə fəaliyyətə başlamış, 2010-cu ildə 41 nəfər ilk məzunu olmuşdur. Onlardan 8 nəfəri müxtəlif ali məktəblərə qəbul olmuşdur. 2008-ci ildə şəhər 5 saylı tam orta məktəb respublikanın "ilin ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəinin qalibi olmuş və Təhsil Nazirliyi tərəfindən 10000(on min) manat məbləğındə mükafatlandırılmıçdır.Rayon üzrə 2011-ci ildə XI sinfi bitirən məzunlardan 136 nəfəri test üsulu ilə keçirilən qəbul imtahanlarında müsbət qiymət alaraq müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olanlardan 7 nəfəri 600-dən yuxarı, 24 nəfər isə isə 500-dən yuxarı bal toplamışdır.
2009-cu ildə 640 şagird yerlik şəhər 3 saylı tam orta, 180 şagird yerlik Əngəxaran kənd tam orta, 80 şagird yerlik Dədəgünəş kənd ümumi orta məktəbləri, şəhər 2 saylı tam orta məktəbində 600 şagird yerlik 30, şəhər 1 saylı tam orta məktəbində 300 şagird yerlik 15 əlavə sinif otağı tikilib şagirdlərin istifadəsinə verilmişdir. Hazırda Kərkənc kəndində 120 yerlik məktəb binası tikilir. Yaxın vaxtlarda Göylər və İkinci Çaylı kəndlərində də yeni məktəb binalarının inşasına başlanacaqdır. Həmçinin rayonun məktələrində 27 kompüter kabineti quraşdırılmışdır. Rayonun 53 məktəbində 346 ədəd müasir kompüter dəsti var.

Uşaq Gənclər Yaradıcılıq Mərkəzi

Uşaq Gənclər Yaradıcılıq Mərkəzi 1946-cı ildən təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi şagirdlərin istedad və bacarıqlarını aşkar etmək, uşaqların asudə vaxtlarını səmərəli keçirmək, onların yaradıcılıq potensialını inkişaf etdirməkdir.
Mərkəzdə 18 adda 80 qrup ("Bədii qiraət", "Bacarıqlı əllər", "Dərzi", "Makrame", "Xalçaçılıq", "Aplikasiya və dekorativ rəsm", "Floristika", "Rəqs", "Xor", "Qarmon", "Tar", "Bədii tikmə", "Biçmə", "Gənc gülçülər", "Ədəbi diyarşunaslıq", "Piano") fəaliyyət göstərir. Müəssisədə 1200 dərnək üzvü məşğul olur. Bütün qruplar mərkəzdə fəaliyyət göstərir. Uşaqlarla ali və orta ixtisas təhsilli müəllimlər məşğul olur. Müəssisə keçirilən müsabiqə və yarışlarda fəal iştirak edir. 2010-cu ilin dekabrında Təhsil Nazirliyinin bədii yaradıçılıq müsabiqəsində müəssisə I yeri tutmuşdur. Uşaqların asudə vaxtlarının təşkili ilə əlaqədar müəssisədə müxtəlif səpgili tədbirlər keçirilir. Yay mövsümündə uşaqların istirahətinin təşkili ilə əlaqədar əmək istirahət düşərgəsi fəaliyyət göstərir.

Texniki Yaradıcılıq Mərkəzi

Texniki Yaradıcılıq Mərkəzi 1976-cı ildə rayon təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərir. Müəssisədə 31 qrup fəaliyyət göstərir. Müəssisədə 5 adda dərnəyə ("Bacarıqlı əllər", "Texniki ekologiya", "Avtomodel", "Gəmi modelçiliyi", "İbtidai texniki modelləşdirmə") 465 məktəbli cəlb olunmuşdur. Qrupların hamısı şəhər məktəblərində fəaliyyət göstərir.
Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri 2010-cu ilin aprel ayının 15-də İsmayıllı şəhərində keçirilən "Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıqlarının respublika baxış" müsabiqəsinin final mərhələsində, 2009-cu ilin may ayının 8-də Təhsil Nazirliyinin keçirdiyi "Heydər Əliyev və müstəqil Azərbaycan" rəsm müsabiqəsinin final mərhələsində Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılmışlar.

 

Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi

Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi 1978-ci ildən rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərir. Müəssisənin əsas məqsədi respublikanın təbiətini qoruyub saxlamaq, indiki və gələcək nəsillərə sağlam həyat bəxş etmək üçün ekologi təhsil və tərbiyəni düzgün inkişaf etdirmək və maarifləndirmə işləri aparmaqdır. Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzində 16 qrup fəaliyyət göstərir. Həmin qruplarda 240 nəfər şagirdlə 8 nəfər pedaqoji işçi məşğul olur.
Mərkəzdə "Ətraf mühit və insan sağlamlığı", "Yaşıl aləm", "Floristika", "Ailə və ətraf mühit", "Təbiət bizim evimizdir", "Gülçülük" və s. adda dərnəklər yaradılıb. Müəssisənin dərnək üzvü Nurlanə İsgəndərova 2009-cu ilin aprel ayında keçirilmiş II respublika ekoloji forumunda iştirak edərək sertifikat və hədiyyə ilə mükafatlandırılmışdır. Respublika məktəblərinin 2010-cu ildə keçirilən "Təbiət bizim sərvətimizdir" rəsm və foto müsabiqəsində dərnək üzvü Rəsul Maqsudov yüksək yer tutmuşdur.

 

MEA-nın Şamaxı Asrofizika Rəsədxanası

Şamaxı Astrofizika Rəsədxanası 1959-cu ildə Azərbaycanın görkəmli alimləri Həsən Əliyev vəYusif Məmmədəliyevin təşəbbüsü ilə yaradılmışdır.Rəsədxana Pirqulu dağının şimal yamacında dəniz səviyyəsindən 1435 metr yüksəklikdə yerləşir.Günəş vəplanetlər fizikası, astroid, komet və göy cisimlərinin dinamikası onun əsas tədqiqat obyektləridir.
Əsas avadanlıqlardan olan 2 metrlik güzgülü teleskop Almaniyanın Karl Seys Yena müəssisəsi tətəfindən hazırlanmışdır.Yarandığı vaxtan burada mühüm elmi nəticələr əldə edilmişdir.Belə ki, rəsədxananın əməkdaşlarından olmuş N.İbrahimovun şərəfinə Marsdakı kraterlərin biri "İbrahimov" krateri adlandırılmışdır.2007- ci ildə Asrofizika Rəsədxanasının direktoru , MEA- nın müxbir üzvü Əyyub Quliyev tərəfindən kəşf olunmuş 749 saylı astoroidə isə onun şərəfinə "Ayyubquliyev"adı verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 sentyabr 2008-ci il və21 iyul 2009-cu il tarixli Sərəncamları ilə Şamaxı Asrofizika Rəsədxanasının maddi- texniki bazasının gücləndirilməsi və əsaslı təmir- tikinti işlərinin aparılmasına başlanılmışdır.Hazırda rəsədxanada bu işlər sürətlə davam etdirilir.

Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialı

Şamaxı rayonunun Şəhriyar qəsəbəsində fəaliyyət göstərən AMİ Şamaxı filialı Azərbaycan Resbublikası Prezidentinin 13 iyun 2000 - ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bazasında yaradılmışdır .
Filialda 8 ixtisas ( "Riyaziyyat və informatika " ,"Tarix və coğrafiya " , "Azərbaycan dili və ədəbiyyatı ", "İbtidai təhsilin pedaqogiyası və metodikası " , " Riyaziyyat və informatika müəllimliyi " , " Azərbaycan dili və ədəbiyyatı müəllimliyi " və " İbtidai sinif müəllimliyi ") üzrə 421 nəfər tələbə təhsil alır. Bunlardan 402 nəfəri əyani və 19 nəfəri qiyabi şöbədə oxuyur.
AMİ Şamaxı filialında 34 nəfər professor - müəllim çalışır. Onlardan filialın direktoru , tarix elmləri namizədi , dosent Mayıl Alcanov "Əməkdar müəllim " və filologiya elmləri doktoru , professor Seyfəddin Qəniyev " Tərəqqi " medalı ilə təltif olunmuşlar.

 

Şamaxı rayonundan olan tanınmış ziyalılar

Əlikram Zakir oğlu Abdullayev- Azərbaycan Respuşlikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının rektor əvəzi, fəlsəfə elmləri doktoru, professor.
Nübar Muxtar qızı Muxtarova- Bakı Dövlət Universitetinin kafedra müdri, pedaqoji elmlər doktoru, professor.
Arif Mustafa oğlu Əfəndiyev- Azərbaycan Tibb Universitetinin kafedra müdiri, tibb elmləri doktoru, professor.
Nisbət Canməmməd qızı Mehdiyeva- Tarix elmləri doktoru, professor
Sənubər Əlövsəd qızı Abdullayeva- Bakı Dövlət Universitetinin kafedra müdiri, filalogiya elmləri doktoru, professor.
Nurqələm Mikayıl oğlu Mikayılov- Azərbaycan Memarlıq və İnşaat Universiteti, fəlsəfə elmləri doktoru, professor.
Alik Məlik oğlu Nəcəfov- Azərbaycan Memarlıq və İnşaat Universiteti, riyaziyyat elmləri doktoru, professor.
Seyfəddin Həmzə oğlu Qəniyev- Azərbaycan Müəllimlər İnstitutu, filalogiya elmləri doktoru, professor.
Azadxan Səfixan oğlu Adıgözəlov- Azərbaycan Dovlət Pedaqoji Universiteti, pedaqoji elmlər doktoru, professor.
Akif Arif oğlu Quliyev-AMEA-sının Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi.
Solmaz Hüseyn qızı İsrafilbəyli-Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, tibb elmləri doktoru, əməkdar elm xadimi.
Şükufə Ağaşıxalı qızı Məmmədova-Bədən Tərbiyəsi və İdman Akademiyasında kafedra müdiri, biologiya elmləri namizədi, Əməkdar müəllim.
Məcid Əhməd oğlu Əfəndiyev- Bakı Dövlət Universiteti, fəlsəfə elmləri namizədi, dosent.
Ramiz Mirağa oğlu Əhlimanov- Bakı Dövlət Universiteti, coğrafiya elmləri namizədi ,dosent.
Adil Qəzənfər oğlu Salahov-Musa Nağıyev adına kliniki xəsəxanasının baş həkiminin müavini, tibb elmləri namizədi
Ramiz Əsgər oğlu Əliyev-" Türk - Amerikan Medikal Mərkəzinin "direktoru, tibb elmləri namizədi.
Mayıl Sədyar oğlu Alcanov- Azərbaycan Müəllimlər İnstitunun direktoru, tarix elmləri namizədi, dosent.
Zərifə Şamil qızı Cavadova- Azərbaycan Müəllimlər İnstitutunun dosenti, tarix elmləri namizədi.
Eyvaz Məhəmmədəli oğlu Eminalıyev- Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının kafedra müdiri, filalogiya elmləri namizədi, dosent.