Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
İqtisadiyyat

Qobustan

Rayonda əkinçilik ənənəvi sahələrdən biridir. Rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Belə ki, hər il adam başına müntəzəm olaraq 1 tondan artıq taxıl istehsal olunur. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir.
Rayonda ildə 40 min tona yaxın taxıl məhsulu əldə olunur ki, bu da heyvandarlığın və quşçuluğun inkişaf etdirilməsi üçün əsaslı zəmin yaradır.
Qobustan rayonunun mövcud yay-qış otlaq sahələri burada heyvandarlığın inkişaf etdirilməsi, əsasən qoyunçuluq üçün çox əhəmiyyətlidir. Qış otlaq sahələrinin bitki örtüyü çox zəngindir. Elə bunun nəticəsində sentyabr ayından iyun ayına kimi davarları əlavə xərcə yol vermədən bəsləyib yüksək məhsuldarlığa nail olmaq olar. Hal-hazırda rayonda 179805 baş xırda buynuzlu heyvan mövcuddur.
Rayon qoyunçuları əsasən yerli şəraitə yüksək məhsuldarlığa malik olan, yaxşı bala bəsləyən çəki artımı qabiliyyəti olan Qala cinsinə daha çox üstünlük verirlər.
Maldarlıq sahəsi də rayonda aparıcı sahələrdən biridir. Hazırda rayonda qara malın baş sayı 28362 baş təşkil edir. Mal-qara əsasən yerli cinsdən, 20-30% şivis cinsindən olan heyvanlardır.
Rayonda quşçuluğu da inkişaf etdirmək üçün əlverişli şərait vardır. Hal-hazırda 67000 min başdan yuxarı quşlar mövcuddur.