Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Region haqqında
İqtisadiyyat

Şamaxı

Şamaxı rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı məhsullarının istehsalı və emalı təşkil edir. Bununla yanaşı son zamanlar bir sıra sənaye müəssisələrinin fəaliyyətə başlaması rayonun sənaye cəhətdən inkişaf eməsinə səbəb olmuşdur. Ümummilli lidermiz Heydər Əliyevin rəhbərliyi ilə 1993-1996-cı illərdə aparılmış məqsədyönlü siyasət və həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olundu ki, bu da iqtisadi islahatların həyata keçirilməsi üçün möhkəm əsas formalaşdırdı.

Hal-hazırkı dövrdə Şamaxı iqtisadi cəhətdən sürətlə inkişaf etməkdə olan rayonlardandır.

SƏNAYE

Şamaxı rayonu sənaye cəhətdən inkişaf etməkdədir. Əsas sənaye sahələri yeyinti və yüngül sənayedir. Yeyinti sənayesində əsas yeri yerli üzüm məhhsulunu emal edən şərabçılıq tutur. Yüngül sənaye əsasən tikiş və xalçaçılıq sahəsi ilə təmsil olunur.
Şamaxı rayonunda 32 sənaye müəssisəsi qeydə alınmış və hazırda 10-u fəaliyyət göstərir. Aparılan uğurlu islahatların nəticəsində Şamaxı rayonunda sahibkarlığın inkişafı üçün geniş imkanlar yaranmışdır. Hazırda 7 adda, 15-dən çox çeşiddə sənaye məhsulu istehsal edilir və məhsul istehsalı ildən-ilə artmaqdadır.
Şamaxı rayonunda 2004-cü ilədə "Evsen" şirkətlər qrupunun "Star" məişət xidməti cihazları, 2005-ci ildə "Azsamand" avtomobil və 2009-cu ildə "Azelektronik" soyuducu zavodları fəaliyyətə başlamışdır. "Star" məişət xidməti cihazları zavodunda televizor və on adda məişət texnikası istehsal olunur. Bu zavodda 100 nəfərdən artıq adam işlə təmin olunmuşdur. "Azsamand" avtomobil zavodunda 2008-ci ildə 1000-dən artıq avtomobil istehsal olunmuşdur və 80 nəfər işlə təmin olunmuşdur. Bu zavodda gələcəkdə "Pejo"-206 və "Pejo-405" markalı avtomobillərin istehsalı da nəzərdə tutulur. "Azelektronika" soyuducu zavodu yaxın vaxtlarda tam gücü ilə fəaəliyyətə başlayacaqdır.

2011-ci ilin 6 ayında özəl sənaye müəssisələrində 480 nəfər işçi çalışmışdır.
2003-cü ildə rayonda 761,2, 2006-cı ildə 8805, 2007-ci ildə 9684, 2008-ci ildə 6621, 2009-cu ildə 4747 və 2010-cu ildə isə faktiki qiymətlə 5281 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2003-cü illə müqayisədə 2010-cu ildə sənaye məhsulunun istehsalı 6 dəfə artmışdır. Ümumi məhsul buraxılışında sənayenin xüsusi çəkisi 3,5 faiz təşkil edir. Hazırda rayonda 817 özəl pərakəndə ticarət və 69 iaşə obyekti əhaliyə xidmət göstərir.


KƏND TƏSƏRRÜFATI

Şamaxı rayonunda əhalinin əsas fəaliyyət sahəsi kənd təsərrüfatıdır. Rayonda torpaq islahatları başa çatdırılmış və torpaqlar kənd sakinlərinə paylanmışdır. Rayonda 22 kəndli fermer təsarrüfatı fəaliyyət göstərir. 2010-cu ildə rayonda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının həcmi 36400,2 min manat olmuşdur.
Rayonda əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan bitkiləri, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Rayon üzümlükləri ilə vaxtilə böyük şöhrət qazanmışdır. Üzümçülük əsasən dəmyə xarakteri daşıyır. Keçən əsrin 90-cı illərindən üzümlüklərin xeyli azalmasına və bu sahəyə qayğının zəifləməsinə baxmayaraq rayon Azərbaycanın məşhur texniki üzümçülük-şərabçılıq rayonu əhəmiyyətini saxlamaqdadır. Burada istehsal olunan "Mədrəsə" və "Kaqor" şərabları respublikadan çox uzaqlarda məşhurdur. Rayonda yeni üzüm bağlarının salınması nəticəsində üzüm sahələri 1500 hektara çatdırılmışdır. Yeni üzüm bağlarının salınması işi davam etdirilir. Rayonun hər yerində dənli bitkilər əkilir. Son illər taxıl əkinlərinin sahəsi xeyli genişləndirilmişdir. Əsasən, buğda əkinləri üstünlük təşkil edir. Dağlıq sahələrdə yerli istehlak xarakteri daşıyan kartofçuluqla da məşğul olurlar. Tərəvəz-bostan məhsulları istehsalı da yerli istehlak xarakteri daşıyır.Yay və qış otlaqlarına əsaslanan qoyunçuluğun və maldarlığın böyük əhəmiyyəti vardır. Rayon heyvandarlıq məhsulları istehsalının həcminə görə xüsusilə fəqlənir. Quşçuluq, arıçılıq inkişaf etdirilmişdir.
2003-cü ildən etibarən aqrar sahədəki artım sürətlə inkişaf etməkdədir. İribuynuzlu malqaranın baş sayı 2003-cü ilə nisbətən 2010-cu ildə 2467 baş artaraq 36548 başa, xırda buynuzlu heyvanların baş sayı 27126 baş artraq 179151 başa, quşların baş sayı 39010 baş artaraq 203899 başa, arı ailələrinin sayı 4120 baş artaraq 4600 başa çatdırılmışdır.
Ət istehsalı 2003-cü ilə nisbətən 2010-cu ildə 2928 ton artaraq 4735 tona, süd istehsalı 843 ton artaraq 20880 tona, yun istehsalı 110.6 ton artaraq 367,6 tonaŞ yumurta istehsalı 5800 min ədəd artaraq 11751 min ədədə çatdırılmışdır.
Dənli bitkilərin əkini 4534 ha artaraq 18599 ha çatdırılmış, taxıl istehsalı 2566 ton araraq 31618 ton olmuşdur.
Rayonun iqtisadiyyatında uzun illər üzümçülük geniş yer tutmuşdur. Yeni üzüm bağlarının salınması nəticəsində 2003-cü ilə nisbətən üzüm bağlarının sahəsi 1003 ha artaraq 2010-cu ildə 1125 ha çatdırılmışdır.

BANKLAR

Sahibkarlığın inkişafı, bank-maliyyə işinin daha da təkmilləşdirilməsi məqsədi ilə rayonda 5 bank filialı və 2 bank olmayan kredit təşkilatı açılmışdır. Rayonda Kapital Bankın, Beynəlxalq Bankın, "Azəriqazbankın, Dəmirbankın, Rabitəbankın rayon filialları, Aqrar-Kredit və FİNCA Bank olmayan kredit təşkilatlarının Şamaxı filialları fəaliyyət göstərir. Bu filiallar fiziki və hüquqi şəxlərin pul vəsaitlərinin depozitə cəlb etmək, həmin vəsaiti müddətlilik və faizlə geri qaytrmaq, fiziki və hüquqi şəxslər üçün hesablar açmaq və aparmaq, fiziki və hüquqi şəxslərə kredit vermək imkanlarına malikdir. Həmçinin onlar respublikadaxili və respblikadankənar pul köçürmələrini ikitərəfli həyata keçirir, əhalini pensiya və müavinətlə təmin edir və digər bank xidmətlərini həyata keçirirlər.

TİKİNTİ

2003-cü ildə rayonda 723,1 min manatlıq tikinti-quruculuq işləri aparılmışdırsa, illər üzrə bu rəqəm artaraq 2010-cu ildə 71442,9 min manat olmuşdur. 2010-cu ildə rayonda 71,4 milyon manatlıq tikinti işləri aparılmışdır ki, bu da 2003-cü ilə nisbətən 88,8 dəfə çoxdur. Ümumi məhsul buraxılışında tikinti işlərinin həcmi 2003-cü ildə 3 faiz, 2006-cı ildə 12,4 faiz, 2007-ci ildə 23,2 faiz, 2010-cu ildə 46,2 faiz təşkil etmişdir.

Təmir-tikinti, abadlıq işləri

2004-2008 və 2009-2013-cü illər üzrə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrası nəticəsində son illər rayonda çoxsaylı istehsal müəssisələri, Heydər Əliyev mərkəzi, Bakı-Şamaxı, Şamaxı-Pirqulu avtomobil yolları, beynəlxalq standartlara cavab verən müalicə diaqnostika mərkəzi istifadəyə verilmiş, 14 yeni məktəb tikilmiş, mərkəzi xəstəxana, poliklinika binaları, Mədəniyyət Sarayı, tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev Fondu tərəfindən Şahmat məktəbi yüksək keyfiyyətlə təmir olunmuşdur. Şəhərdə yeni parklar salınmış, küçələr abadlaşdırılmış, işıqlandırma sistemi tam yenidən qurulmuşdur. 2009-cu ildən rayonda Olimpiya İdman Mərkəzinin yenidən qurulmasına və genişləndirilməsinə, həmçinin mərkəzin ərazisində 3 min yerlik örtülü stadionun tikilməsinə başlanılmışdır. Bundan əlavə 2010-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Uşaq İncəsənət məktəbi üçün yeni binanın inşası, "Şamaxı" mehmanxanasının yenidənqurulması və genişləndirilməsi işləri,"Şərədil" istirahət kompleksində 5 ulduz müasir otelin, "Fəxri guşə" istirahət mərkəzinin bazasında müasir standartlara cavab verən turizm obyektinin tikintisi davam etdirilmiş, "Xalq bank"ın rayon filialı üçün inzibati binanın, Nağaraxana kəndi ərazisində Vergilər Nazirliyinin Tədris və İstirahət Kompleksinin tikintisi artıq başa çatdırılmışdır.
Hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına uyğun Şamaxı Astrofizika Rəsədxanasının və Şamaxı Cümə Məscidi Dövlət Tarix Memarlıq Abidəsinin əsaslı təmiri, yenidənqurulması və bərpası işləri davam etdirilir.