Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat

Qəbələ

2014-ci ilin I-rübü ərzində Qəbələ rayonunun sosial-iqtisadi Inkişafı haqqında

Yola saldığımız 2014-ci ilin birinci rübü ərzində ölkəmizdə sosial-iqtisadi inkişafı davam etmiş, Azərbaycan regionunda lider dövlət olaraq öz mövqeyini bir qədər də möhkəmləndirilmişdir. Ölkəmizin beynəlxalq aləmdə inteqrarasiyası bir qədər də sürətlənmiş Azərbaycanın Avropanın enerji təhlükəsizliyin təminatındakı rolu xeyli artmışdır.Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi Dövlət Proqramının uğurla yerinə yetirilməsi sahəsində ölkəmizdə bir sıra mühüm tədbirlər həyata keçirilmiş, sosial infastruktur lahiyələr yerinə yetirilmiş. Yeni istehsal münasibətləri yaradılmış, çoxlu sayda yeni sosial yönümlü obyektlər tikilmiş, geniş miqyaslı abadlıq- quruculuq işləri görülmüşdür. Ölkəmizin qabaqcıl rayonlarından biri olan Qəbələ rayonunda da sosial iqtisadi inkişaf sürətlə inkişaf etmiş, geniş yaraşıqlı asfalt yollar salınmış, turizm inkişaf etdirmək məqsədilə çoxlu sayda yeni istirahət mərkəzləri tikilib istifadəyə verilmiş və tikintisi davam edir. Rayonun kənd və qəsəbələrinə yeni qaz xətti çəkilmiş, iqtisadiyyatın əsas sahələri olan sənaye, kənd təsərrüfatı və sosial sahələrdə bütün işlər uğurla icra olunur.

Demoqrafiq vəziyyət

Rayonun ərazisi 1550 kv km-dir. 01 aprel 2014-cü il tarixə rayonda mövcud əhalinin sayı 100297 nəfər olmuşdur. Əhalinin sıxlığı hər kv km-ə 64,7 nəfərdir. Rayonda 1 şəhər, 3 qəsəbə, 60 kənd yaşayış məntəqəsi vardır. Rayon əhalisinin 13301 nəfəri yaxud 13,2 faizi şəhər, 20360 nəfəri yaxud 20,3 faizi qəsəbə, qalan 66636 nəfəri yaxud 66.5 faiz kənd yerlərində yaşayır. Rayonda 568 məcburi köçkün ailəsi və bu ailələrdə 2171 nəfər məcburi köçkün vardır. Rayonda 1 şəhər, 3 qəsəbə, 60 kənd ərazi nümayəndəliyi və 55 bələdiyyə fəaliyyət göstərir. 2014-ci ilin birinci rübü ərzində və 2013-ci ilin həmin dövrü ilə müqayisədə əsas demoqrafik göstəricilər aşağıdakı kimi olmuşdur.

Göstəricilər

Ümumi artım

Nəfərlə

Əhalinin  hər min nəfərinə düşən

2014-cü ilin I-rübü ərzində

2013-ci ilin I-rübü ərzində

2014-ci ilin I-rübü ərzində

2013-ci ilin I-rübü ərzində

Ümumi artım

254

281

2.5

2,8

Təbii artım

240

257

2.4

2,6

Doğulanlar

412

399

4.1

4

Ölənlər

172

142

1.7

1,4

O cümlədən 1-yaşa qədər ölən uşaqlar

2

4

4.8

10

Miqrasiya saldosu

14

24

0.1

0,2

Nikahlar

102

93

1.0

0,9

Boşananlar

15

29

0.1

0,3

2014-ci ilin birinci rübü ərzində Qəbələ rayonunda 412 körpə doğulmuş və 172 nəfər ölən qeydə alınmışdır. Vəfat edənlərin 2 nəfəri 1 yaşa qədər ölən uşaqlar olmuşdur. 2014-ci ilin birinci rübü ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər min nəfərinə doğulanların sayı 4 nəfərdən 4.1 nəfərə qədər, ölənlərin sayında isə 1,4-dən 1,7 -ə qədər artmışdır. 2014-ci ilin birinci rübü ərzində Qəbələ rayonunda 102 nikah və 12 boşanma qeydə alınmışdır. 2014-ci ilin birinci rübü ərzində və keçən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 9 nəfər , boşananların sayı isə 14 nəfər azalmışdır. 

İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə məhsul buraxılışı 

2014-ci ilin birinci rübü ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 42787 min manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin həmin dövründəkindən 3171 min manat yaxud 8 faiz çoxdur. 2014-ci ilin birinci rübü ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ümumi məhsul buraxılışının həcmini aşağıdakı cədvəldən daha aydın görmək olar. 

Iqtisadiyyat sahələri

2014-cü ilin    I-rübü

2013-ci ilin     I-rübü

Fərq+,-

Keçən ilin  həmin

dövrünə görə

faizlə

1

Sənaye

4097

4035

+62

101.5

2

Kənd təsərrüfatı

9572

9355

+217

102.3

3

Tikinti

18671

18559

+112

100.6

4

Nəqliyyat

1010

902

+108

111.9

5

Rabitə

2568

205

+2363

12.5d

6

Ticarət

6869

6560

+309

104.7

Rayon üzrə cəmi

42787

39616

+3171

108.0

Adam başına düşən ümumi məhsul buraxılışı (manat)

426

402

+24

105.9

Cədvəldən göründüyü kimi 2014-ci ilin birinci rübü ərzində keçən ilə nisbətən ümumi məhsul buraxılışı kənd təsərrüfatrında 217 min manat yaxud 2.3 faiz, tikintidə 112 min manat yaxud 0.6 faiz, nəqliyyatda 108 min manat yaxud 11.9 faiz, rabitədə 2363 min manat yaxud 12.5d, ticarətdə 309 min manat yaxud 4.7 faiz, sənayedə 62 min manat yaxud 1.5 faiz artmışdır. 2014-ci ilin birinci rübü ərzində adambaşına düşən ümumi məhsul buraxılışı 402 manatdan 24 manat artaraq 426 manata çatmışdır. 

Kənd təsərrüfatı 

Rayonda keçən ilin payızında 25030 hektar sahədə payızlıq taxıl əkilmişdir. Əkilmiş taxıl sahələrinə payız -qış dövrlərində yüksək keyfiyyətli aqrotexniki qulluq göstərilmişdir. 2014-ci ilin birinci rübündə rayonun kənd təsərrüfatı əməkçiləri mal-qaranın qışdan sağ-salamat çıxarılması, əkilmiş payızlıq bitkilərin becərilməsi və yazlıq bitkilərin əkilməsi aparılması üçün aqrotexniki tədbirlərin aparılmasında öz daxili imkanlarını tam səfərbərliyə almışdır. Rayonda mart ayının üçüncü ongünlüyündə yazlıq bitkilər əkininə başlanmış və qısa müddətdə aprel ayının 1-i vəziyyətinə 218 hektar sahədə kartof, 50 hektar sahədə tərəvəz, 77 hektar sahədə çoxillik ot yonca, 17 hektar sahədə isə birillik ot əkilmişdir. Başqa sözlə desək 362hektar yazlıq bitkilər əkilmişdir ki, bu da keçən ilin həmin dövrünə nisbətən 15 hektar çoxdur. 01 aprel 2014-cü il tarixə rayonda kənd təsərrüfatı işlərinin gedişi aşağıdakı kimi olmuşdur. 

Yazlıq bitkilərin adı

01.04.2014

01.04.2013

Fərq +.-

1

Kartof

218

212

+6

2

Tərəvəz

50

47

+3

3

Yonca

77

71

+6

4

Birillik ot

17

17

0

Cəmi

362

347

+15

Mal-qaranın sayı (baş)

1

Iri buynuzlu ma-qara

56149

52715

+3434

2

O cümlədən  inək və camışlar

27840

26261

+1579

3

Qoyun və keçilər

223119

219589

+3530

4

Donuzlar

1025

989

+36

Heyvandarliq  məhsullarının istehsalı (ton)

1

Ət   (diri çəkidə)

1167

1121

+46

2

Süd

7129

5619

+1510

3

Yumurta (min ədəd)

3122

3112

+10

Cədvəldən göründüyü kimi 2014-cü ilin birinci rübündə keçən ilin həmin dövrünə nisbətən iri buynuzlu mal- qaranın sayı 3434 baş, inək və camışların sayı 1579 baş, qoyun və keçilərin sayı 3530 baş, donuzların sayı 36 baş artmışdır. Həmin dövrdə ət istehsalı 46 ton, süd istehsalı 1510 ton, yumurta istehsalı 10 min ədəd artmışdır. 

S ə n a y e

Qeyri - neft sənaye sahələrinin inkişafı regionlarda sənayenin inkişafı, yeni emal müəssisələrinin yaradılması ilə bilavasitə bağlıdır. 2014- 2018-ci illər üçün nəzərdə tutulmuş " Azərbaycan Respublikası regionların sosial - iqtisadi inkişafına dair Dövlət Proqramının təsdiq olunmasında əsas məqsədlərdən biri məhz ölkənin rayonlarında mövcud potensialdan səmərəli istifadə etməklə istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılmasına, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsinə nail olmaqdan ibarətdir. Rayonun sənayesi əsasən meyvə şirələrinin istehsalı, qida məhsullarının istehsalı, elektrik enerıisi, qazın bölüşdürülməsi və suyun yığılması və paylanması sahələri ilə təmsil olunmuşdur. 2014-ci ilin birinci rübü ərzində Qəbələ rayon sənayesində fəaliyyət göstərən müəssisələr tərəfindən 4097 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 1,5 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Ümumi məhsul istehsalında və xidmətlərin göstərilməsində qeyri - dövlət bölməsinin xüsusi çəkisi 65,7 faiz təşkil etmişdir. 2014-ci ilin birinci rübü ərzində Qəbələ rayonunda 1485,.3 min manatlıq meyvə şirəsi emal edilmişdir. Emal edilmiş meyvə şirələrinin hamısı da satılmışdır. Qəbələ rayonunda 2014-ci ilin birinci rüb ərzində istehlakçılarına 2695.5 min manatlıq məhsul istehsal edilmiş və 1401.5 min manatlıq sənaye xarakterli xidmətlər göstərilmişdir. 2014-ci ilin birinci rüb ərzində sənaye müəssisələrində çalışan 747 nəfərin orta aylıq nominal əmək haqqı 350 manat təşkil etmiş və əvvəlki illə müqayisədə 10,6 faiz çox deməkdir.

Tikinti

2014-ci ilin birinci rüb ərzində rayonda əsas kapitala yönəldilmiş investisiyanın həcmi 22265 min manat, tikinti quraşdırma işlərinin həcmi isə 18671 min manat təşkil etmişdir. Keçən illə müqayisədə əsas kapitala yönəldilmiş investisiyanın həcmi 1134 min manat yaxud 5.3 faiz artmışdır. 2014-ci ilin birinci rüb ərzində umumi sahəsi 1908 kv metr olan 25 fərdi ev tikilib istifadəyə verilmişdir. Qəbələ Dağ xizək kompleksinin tikintisinin birinci mərhələsi başa çatmış, ikinci mərhələnin tikintisi davam edir, Qəbələ Uşaq Futbol Akademiyasının inzibati binasının və Qəbələ Qolf kulubun tikintisinə başlanmışdır.

M ə d ə n i y y ə t v ə t u r i z m

Rayonda 2014-cü il aprel ayının 1-i vəziyyətinə 1 mədəniyyət evi, 26 kitabxana, 1 xalq teatrı, 31 klub, 4 mədəniyyət və istirahət parkı, 3 muzey fəaliyyət göstərmişdir. Rayonda 93 mədəniyyət abidəsi və 1 dövlət qoruğu vardır. Abidələrin 61-i dövlət əhəmiyyətlidir. Qəbələ rayonunun turizim sektoru təbiət mənzərələri, tarixi abidələri, mədəniyyət ocaqları çox müasir turizim kompleksləri baxımından zəngin imkanlara malikdir. Rayonun tarixi yerləri rayona gələn turistləri özünə cəlb edir.Gözəl təbiəti heyran edici mənzərələri olan bu yer qonaqlarda böyük təsürat oyadır. Məhz buna görədir ki, rayonda turizinin inkişafına xeyli diqqət yetirmişdir.2003-cü ildə rayonda cəmi 3 turizm obyekti vardırsa indi bunları sayı 5 dəfə artaraq 15-ə çatdırılmışdır. Bu turizim yerlərində yerlərin sayı 623- çatdırılmış yaxud 6 dəfə armışdır.Rayonda dünya standartlarına cavab verən böyük bir turizm kompleksi tikilib istifadəyə verilmişdir. Hazırda bir sıra turizm mərkəzinin tikintisinə başlanmış və bu tikintilərdə işlər süətlə davam edir.

T ə h s i l

Rayonda 4 ibtidai, 11-əsas və 53 orta məktəb fəaliyyət göstərir. Qəbələ rayonunda cari dərs ilində fəaliyyət göstərən 68 ibtidai, əsas və orta məktəblərdə 16235 nəfər şagird təhsil alır. 2330 müəllim bu şagirdlərin təlim tərbiyyəsi ilə məşğul olur. Bu məktəblərdə şagirdlər 485 kompyuterdən istifadə edir. Rayonda 22 məktəbə qədər uşaq müəssisəsi vardır ki, bunlarda da uşaqların sayı 780 nəfərdir. Rayonda fəaliyyət göstərən Peşə təhsili məktəbində 408 nəfər gənc 8 ixtisas üzrə təhsil alır. Bu gənclərin təlim tərbiyyəsi ilə 15 nəfər müəllim və 13 nəfər isdedalı usta məşğul olur.

S ə h i y y ə

2014-cü il aprel ayının 1-i vəziyyətinə rayonda 6 xəstəxana, bu xəstəxanalarda 330 çarpayı, 36 tibb və feldşermama məntəqəsi, 9 ambulator poliklinika müəssisəsi, cəmi 51 tibb müəssisəsi fəaliyyət göstərir. Bu müəssisələrində 178 həkim, 461 orta tibb işçisi çalışır. Rayonda əhalinin hər 10000 nəfərinə 18,8 həkim, 48,6 nəfər tibb işçisi düşür. Rayon Mərkəzi xəstəxanası əsaslı şəkildə təmir edilmiş, bütün müasir avadanlıqlarla təmin edilmişdir. Rayonda müasir standartlara cavab verən böyük Regional müalicə Diaqnostika mərkəzi və onun ətrafında müasir standartlara cavab verən istirahət parkı fəaliyyət göstərir. Son illərdə rayonda xəstəliyin 33 faizi diabet, 25 faizi yeni törəmə bədxasəsi, 18 faizi qan və qan çatışmamazlıqları, 4 faiz vərəm, 16 faizi xolosimiya ,qalan 6 faizi isə digər xəstəliklər olmuşdur.

N ə q l i y y a t v ə R a b i t ə

Müstəqillik dövründən sonra ölkədə sosial - iqtisadi münasibətlərin yeni şəkildə formalaşması nəqliyyat və rabitə kompleksinə də bilavasitə təsir göstərmişdir. İqtisadiyyatın bütün sahələrində, o cümlədən nəqliyyat və rabitə sektorunda, ardıcıl olaraq iqtisadi islahatların aparılması, ölkənin əlverişli coğrafi mövqeydə yerləşməsindən səmərəli şəkildə istifadə olunması, nəqliyyat və rabitə kompleksinin yüksələn xəttilə inkişafını sürətləndirmişdir. Müasir şəraitdə avtonəqliyyat vəsaitlərinin rolu əvəz olunmazdır. Onlardan səmərəli istifadə olunması əsas amillərdən biridir. Məlum olduğu kimi avtonəqliyyatdan xalq təsərrüfatının bütün sahələrində, yəni yaxın və uzaq məsafələrdə yük daşınmasında, əhaliyə sərnişin xidməti göstərilməsində və sair sahələrdə istifadə olunur. 2014-ci ilin birinci rübü ərzində avtomobil nəqliyyatı ilə 242 min ton, əvvəlki illə müqayisədə 16 min və ya 7,0 faiz çox yük daşınmışdır. 2014-ci ilin birinci rübü ərzində rayonda 1743 min sərnişin daşınmış, bu da keçən illə müqayisədə 6.8 faiz və ya 111 min sərnişin çox deməkdir. 2014-ci ilin birinci rübü ərzində rayonun rabitə müəssisəsi tərəfindən 2568 min manatlıq rabitə xidməti göstərilmişdir. 2014-ci ilin birinci rübü ərzində Qəbələ rayonun Rabitə müəssisələrində 158 nəfər işçi çalışmışdır. Onların orta aylıq nominal əmək haqqı 279,0 manatdır. 2014-cü ilin I-rübü ərzində rabitə müəssisələrində çalışan işçilərə 4282 manat sosial xarakterli ödəmə verilmişdir. Nəqliyyat və rabitənin əsas göstəriciləri aşağıdakı cədvəldə göstərilmişdir.

 

2014-ci ilin I-rübü 

2013-ci ilin 

I-rübü 

Fərq +,-

Yük daşinmişdir. min  ton

242

226

+16

Sərnişin daşınmışdır, min  sərnişin

1743

1632

+111

Rabitə xidmətlərinin həcmi. Min manat

2568

205

+2363

ATS üzrə ümumi tutum, nömrə

11980

11820

+160

Ondan:

 

 

 

Elektron  sistemli

11980

11820

+160

əsas telefon aparatlarının sayı, nömrə

11719

11651

+68

Evlərdə olan telefon aparatlarının sayı, cəmi nömrə

10813

10952

-139

Hər yüz ailəyə düşən telefon aparatlarının sayı, ədəd

53

53

0

Şəhərlərarası telefon danışıqlarının sayı, min danışıq

829

191,5

+637.5

Poçt şöbələrinin cayı,ədəd

30

30

0

Rabitə müəssisələrində çalışan işçilərin orta illik sayı, nəfər

108

108

0

Rabitə müəssisələrində çalışanların orta aylıq nominal əmək haqqı, manat

273

269

+4

Internetə çıxışı olan müəssisələrin sayı, vahid

130

110

+20

Internetə çıxışı olan  kompyüterlərin sayı, ədəd

2430

1100

+1330

Internetdən istifadə edən işçilərin sayı, nəfər

2210

1300

+910

İ s te h l a k B a z a r ı

2014-cü ilin birinci rübü ərzində rayonun istehlak bazarında əhaliyə 7688 min manatlıq pullu xidmət göstərilmişdir. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmi 28243 min manat olmuş bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 faiz və ya 798 min manat çox olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində iaşə dövriyyəsinin xüsusi çəkisi isə 4,7 faiz və ya 1352 min manat təşkil etmişdir. İctimai iaşə də daxil olmaqla pərakəndə əmtəə dövriyyəsinin və əhalliyə göstərilən pullu xidmətlərin ümumi həcmi aşağıdakı göstəricilərlə xarakterizə olunur.

 

Istehlak bazarı üzrə əsas göstəriciləri

2014-ci ilin

I-rübü

2013-ci ilin

I-rübü

Fərq +.-

Pərakəndə əmtəə dövrüyyəsinin (iaşənin  dövrüyyəsini daxil edilmədən)

həcmimin manat

26891

26158

+733

Pərakəndə əmtəə dövrüyyəsi üzrə ilin müvafiq dövrünə nisbətən  fiziki həcm indeksləri  faizlə

102.8

102.3

+0.5

Pərakəndə əmtəə dövrüyyəsinin adam başına düşən həcmi manatla

268

265.4

+2.6

Pərakəndə əmtəə dövrüyyəsinin Ümumi həcmindən iaşənin dövrüyyəsi min manatla

1352

1287

+65

İaşə  dövrüyyəsinin əvvəlki ilin müvafiq  dövrünə nisbətən fiziki həcmin  indeksi

105.0

102.1

+2.9

Əhaliyə göstərilən pullu xidmətlərin həcmi min manat

7688

7445

+243

Pullu xidmətin adambaşına düşən həcmi manat

77

76

+1

Əmək haqqı, Məşğulluq və İşsizlik.

2014-ci ilin birinci rübü ərzində rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 273 manat təşkil etmiş və 2012-ci ilin həmin dövrünə nisbətən 12,3 faiz artmışdır. Yüksək orta aylıq əmək haqqı rayon iqtisadiyyatının elektrik enerjisi və qaz istismarında, rabitə, maliyyə vasitəçiliyində, dövlət idarəetməsi və müdafiə, məcburi sosial təminatda, təhsil sahəsində çalışan işçilərə məxsus olmuşdur. 2014-cü ilin birinci rübü ərzində müəsissə və təşkilatlarda işçilərə 4282 manatlıq sosial xarakterli ödəmələr verilmişdir. Sosial xarakterli ödəmələr rabitə və elektrik sahəsində çalışan işçilərə verilmişdir. Müəsissə və təşkilatlarda çalışan mülki hüquqi xarakterli müqavilələr üzrə işçilərin orta aylıq əmək haqqı 203 manat olmuşdur. İqtisadiyyatın bazar münasibətlərinə doğru inamla addımladığı bir vaxda, əhalinin sosial müdafiəsini həll etmək, işçiləri qanuni müdafiə etmək, işçizlik hüququ olmayan uşaqlı analara, qarabağ əlilərinə digər az təminatlı tədbirlərin imtiyazlarını ödəmək, işsiz əhalinin bir hissəsinin iş yerinə və ictimai işlərə cəlb olunması, onların sosial müdafiəsinin gücləndirilməsi və digər vacib məsələlərin həlli məşğulu haqqında qanunların təmin etmək Qəbələ Məşğulluq mərkəzinin əsas iş pirinsipi olmuşdur. Qəbələ rayon Əmək və Məşğulluq mərkəzinə 01 aprel 2014-ci il tarixə 140 nəfər işsiz vətandaş qeydiyyata alınmışdır. Qeydiyyata alınanlardan 38 nəfəri qadınlardır. Mərkəz tərəfindən işsiz kimi müraciət edən vətəndaşların öz arzusuna əsasən 65 nəfəri müxtəlif peşələr üzrə işə düzəldilmişdir. Onlardan 24 nəfəri qadındır. 2014-ci il 01 aprel vəziyyətinə Qəbələ rayonunda məşğul əhalinin sayı 47295 nəfər təşkil etmişdir. Məşğul əhalinin 9319 nəfəri muzdla işləyənlərdir. Muzdla işləyənlərin 6337 nəfəri yaxud 68 faizi dövlət mülkiyyətində 2982 nəfəri və ya 33 faizi isə qeyri dövlət mülkiyyətində fəaliyyət göstərir. Məşğul əhalinin 81 faizi və ya 38309 nəfəri muzdsuz işləyənlərdir. Muzdsuz işləyənlərin 32179 nəfəri və yaxud 84,0 faizi kəndli təsərrüfatlarda, 4,6 faizi yaxud 1762 nəfəri fiziki şəxslər, yerdə qalan 4368 nəfəri və ya 11,4 faizi isə digər sahələrdə çalışanlardır.

Y e n i a ç ı l m ı ş i ş y e r l ə r i n i n s a y ı

2003-cü ilin oktyabr ayının 1-dən 2014-cü il aprel ayının 1-nə dək rayonda 12034 yeni iş yeri açılmışdır ki, onun da 9986-sı daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 1802-nı yeni açılmış müəssisə və təşkilatlarda 453-ü mövcud müəssisə və təşkilatlarda 579-u isə fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda olmuşdur. 7152 iş yeri isə fərdi sahibkarlığın nəticəsində yaradılmışdır. Bundan başqa müvəqqəti və mövsümü işləri yerinə yetirmək üçün 2048 yeni iş yeri açılmışdır Aşağıdakı cədvəldə yeni iş yerlərinin açılması barədə illər üzrə məlumat verilmişdir.

 

2003

2006

2007

2008

2009

2010

2011 

2012

2013

20141-rüb

Cəmi

Açılmış iş yerlərinin  sayı cəmi

5920

647

1024

680

758

1013

901

860

231

12034

Ondan daimi iş yerləri

4132

647

1024

680

758

753

901

860

231

9986

Yeni yaradılmış  müəssisə və təşkilatlarda

773

73

430

69

120

28

71

231

7

1802

Mövcud müəssisə və təşkilatlarda

412

8

0

33

-

0

0

0

 

453

Fəaliyyəti bərpa olunmuş müəssisə və təşkilatlarda

545

34

0

-

-

0

0

0

 

579

Fiziki şəxslər

2402

532

594

578

638

725

830

629

224

7152

Digər tədbirlər, mövsümü, müvəqqəti abadlıq və s.

1788

-

-

-

-

260

0

0

0

2048