Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi

Ağsu

Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. Rayonunun relyefi dağlıq, dağətəyi və maili düzənliklərdən ibarətdir. Dağlıq hissəsi dəniz səviyyəsindən 700-1000 metr hündürlükdə yerləşir. Dağlıq zonalar çaylar, dərələr və yarğanlarla parçalanmış mürəkkəb relyefə malikdir. Göyçay sahillərindən başlayaraq Pirsaatçaya qədər xırda boz dağlar Şirvan dağ silsiləsini təşkil edir.

Ağsu rayonunun Böyük Qafqazın cənub yamacında yerləşməsi onun iqlim şəraitinə böyük təsir göstərir. Bu bölgənin iqlimi əsasən qışı quraq keçən mülayim-isti, yarımsəhra, quru bozqır iqlimi (cənub) və yayı quraq keçən mülayim isti (şimal) iqlim tiplərindən ibarətdir. Qışı quraq, günəşli və az qarlı keçməsilə səciyyələnir. Havanın orta illik temperaturu 13-14Ў C-dir. Orta aylıq nisbi rütubət isə il ərzində 50-81 % olur. Yağıntının illik miqdarı 400-600 mm təşkil edir.

Rayonun təsərrüfatında mühüm rol oynayan Ağsu çayı öz mənbəyini Lahıc dağlarından götürür. Çay orta axınında çox dərin, lakin enli dərədən axır. Ağsu şəhərindən cənuba doğru bu çayın vadisi öz formasını itirir. Burada çay süni suvarma əkinçiliyi və bostançılıqla əlaqədar arxlar vasitəsilə xırda şaxələrə parçalnır.