Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Region haqqında
Coğrafi mövqeyi

Qəbələ

Rayonun iqlimi. Əsas iqlim tipləri. Rayonun iqliminin təsərrüfat, krort - turizm və sağlamlıq baxımından əhəmiyyəti
Rayonun coğrafi mövqeyi, relyefinin əsasən dağlıq olması və şauqli qurşaqlıq ərazidə mürəkkəb iqlim şəraitinin formalaşmasına, çay şəbəkəsinin sıxlığına, torpaq-bitgi örtüyünün zənginliyi böyük təsir göstərmişdir. Rayon ərazisində təqribən 25 milyon il bundan əvvəl rütubətli subtropik dəniz iqlimi hakim olmuşdur.

Gur yağan leysan yağışlar, isti hava şəraiti o zaman bu diyarda həmişəyaşıl sıx meşə örtüyünün inkişafına səbəb olmuşdur. Bir milyon il bundan əvvəl isə rayonun ərazisində indiki Aralıq dənizi sahillərinin iqliminə oxşar iqlim şəraitində çoxyarpaqlı həmişəyaşıl və yarpaqlarını ilin quraq fəslində yayda tökən bitkilərin inkişafı üçün şərait mövcud olmuşdur. 10 - 12 min il bundan əvvəl planetimizdə baş verən sonuncu materik buzlaşması zamanı rayonun yüksək və orta dağlıq qurşağı dağ buzlaqları ilə örtülü olmuş, sonradan iqlimin istiləşməsi ilə əlaqədar buzlaqlar əriyərək tədricən kiçilmiş və müassir sərhədlərə yaxınlaşmışdır.

Qəbələnin müassir iqliminin formalaşmasında onun ekvatora görə coğrafi mövqeyi, günəş radiasiyasının (ümumi və düz) miqdarı, relyef və səthi örtüyünün müxtəlifliyi, həmçinin əraziyə daxil olan lakin hava kütlələrinin xarakteri mühüm rol oynayır. Qeyd olunan bütün bu iqlim əmələgətirici amillər rayon ərazisində tempraturun və yağıntının miqdarına, onun müxtəlif dərəcədə paylanmasına təsir göstərir. Qəbələnin hava və iqlim şəraiti 1936 - cı ildən şəhərin və bir müddət Nic qəsəbəsində faliyyət göstərən meto stansiyada öyrənilir.

Qəbələ ərazisində çoxillik orta yanvar tempuraturu 0 0 - dən - 14 0 - yə, iyul tempuraturu isə uyuğun olaraq + 24 0 - dən 2 0 -yə qədər dəyişir. Illik orta temperatura cənubda + 10 0 - + 12 0 - dən şimalda 0 0 - - 2 0 - ə qədər dəyişir.

Akademik B.Ə.Budaqovun fikirincə rayon ərazisində ən isti yer Quşlar - Kürd - Bayramkoxa kəndləri istiqamətində müşahidə olunur və burada maksimum tempuratura 410 - 420 - yə çatır.
Rayonda minimum tempuratura isə Bazardüzü zirvəsində (4466 m). - 50 0 - yə qədər düşə bildiyi qeyd olunur.
Rayon ərazisində yağıntıların paytlanmasıda cənubdan şimala doğru dəyişir. Illik yağıntıların ən az düşdüyü Hacallı və Məlikli düzlərinin cənubunda 350 - 400 mm, ə ən çox düşdüyü şimal hissədə 1500 - 200 metr hündürlükdə isə 1200 - 1300 mm-ə çatır. Aparılan müşahidələr zamanı müəyyən edilmişdir ki, rayon ərazisinə düşən illik yağıntıların 25 - 30 % - i may - iyun aylarında yağır.

İ.V.Fiqrovski (1926) Qəbələ rayonunun iqlimini Böyük Qafqazın iqlimi əsasında xarakterizə edərək göstərmişdir ki, buranın iqlimi çox mürəkkəb olub quru subtropik iqlimdən dağlıq tundura iqliminə qədər dəyişir. Ümumiyyətlə rayonun ərazisi Azərbaycanda Lənkaran - Astara zonasından sonra ikinci zonaya (Şəki - Zaqatala) daxil olub subtropikdən mülayim iqlim qurşağına keçid (mötədil) qurşaqda yerləşir.
Yer kürəsində mövcud olan 13 ilqim tipindən 9 Azərbaycanda, o cümlədən 4-ü Qəbələ rayonunun ərazisində forçalaşmışdır.

Iqlimşunas alimlər tərəfindən (İ.V.Fiqrovski və Ə.M.Şıxlınski) Qəbələ ərazisi aşağıdakı iqlim tiplərinə ayrılmışlar.
1. Qışı quraq keçən mülayim-isti iqlim - rayonun cənub hissəsini əhtə edən bu iqlim tipi az yağıntılı, isti - quraq olması ilə xarakterizə olunur. Ağdaş - Göyçay rayonları ilə sərhəddən alçaq dağlıq və Hacallı Məlikli düzünü əhatə edən bu iqlim tipi öz xarakterinə görə Aralıq dənizi tipli subtropik iqlimə çox oxşardır.

2. Yağıntıları təxminən bərabər paylanan mülayim isti iqlim tipi - birinci iqlim tipindən yağıntıların çoxluğu və isti ayın qısa müddətli olması ilə xarakterizə olunaraq əsasən Alazan - Həftəran vadisini və Rayonun 1100 - 1500 m - ə qədər yüksəklikdə olan şimal ərazisini əhatə edir. Burada yağıntıların fəsillər üzrə paylanması bərbərdir. Lakin onun illik miqdarı rayon üzrə maksimum həddə (1200 -1300 mm) çatır. Həmçinin bu iqlim tipi əvvəlki iqlim tiöindən tempuratur rejminə görədə fərqlənir.

3. Yağıntılıları bütün fəsillər üzrə bol düşən soyuq iqlim tipi - rayon ərazisində orta dağlığın yuxarı sərhəddindən başlayaraq okean səviyyəsindən 1500 - 2700 m yüksəkdə olan ərazilər üçün xarakterikdir.

4. Dağlıq tundura iqlim tipi - 2700 m okean səviyyəsindən yüksəkdə olan ərazini əhatə edir. Burada kifayət qədər yağıntı düşməklə yanaşı bütün fəsillərdə hava soyuq keçir. Rayonun yüksək dağ zirvələri daimi qar və buzlaqla örtülü olub tipik dağlıq arktik iqlim şəraiti ilə seçilir. Beləliklə rayon ərazisində cənubdan şimala doğru şaquli qurşaqlar üzrə qeyd edilən iqlim tipləri tempuraturuna və yağıntıların miqdarına görə fərqlənməklə yanaşı fəsillərin növbələməsində də ciddi şəkildə fərqlənir. Savalan və Quşlar kəndlərində yazın gəlişi rayonun ən hündürdə yerləşən Laza (1350 m) və Qəmərvan (1125 m) kəndlərindən ən azı 25 - 30 gün tez müşahidə olur. Payız və qış fəsli isə əksinə. Qəbələnin özünəməxsus iqlimi burada kənd təsərrüfatının çoxsahəli inkişafı üçün tarixən əlverişli şərait yaratmışdır.

Qəbələnin aqroiqlim (kənd təsərrüfatı iqlimi) Azərbaycan Respublkası Milli Elimlər Akademiyasının Coğrafiya İnistitutu tərəfindən 1970-ci illərin ortalarında hərtərəfli tədqiq edilmiş, müxtəlif elmi mənbələrdə bu rayonun aqroiqlim ehtiyatlarına dair geniş məlumat verilmişdir. Rayonun aqroiqlimini müəyyən edən əsas göstəricilər aşağıdakı kimidir. Havanın illik orta tempuraturu 10,6 0, mütləq minimum-140-ə, mütləq maksimum + 37 0-41 0- ə torpağın səthidndə orta tempuratur + 13 0 - ə çatır. Orta illik yağıntıların miqdarı 1027 mm, buxarlanma isə 680 mm olub rütubətlilik əmsalı vahiddən çox (1,5 - ə) nisbi rütubətlilik isə 78 % təşgil edir. Rayon ərazisində əsasən oqroqrafik şəraitlə bağlı dağ - dərə küləkləri müşahidə olunur. Küləyin orta sürəti 0,8 m / san, il ərzində güclü külək əsməsi 3 gün, ,,ağ yelli " günlər 8 gün, dolu düşən günlər isə iki günə qədər davam etdiyi qeydə alınmışdır.

Rayonda qar örtüyü 45 günə qədər yerdə qalır. Birinci payız şaxtası dekabrın II ongünlüyündə və yanvarda, axrıncı yaz şaxtası isə 8 apreldə müşahidə olunur. 5 0 - dən yuxarı orta illik tempuraturlar cəmi 3769 0 -yə, 10 0 - dən yuxarı (fəal) tempuraturlar cəmi isə 3.361 0 - yə çatır. Bir sm 2 sahəyə düşən günəş istiliyinin (enerjisinin) miqdarı dağ ətəyi hissədə 123,6 kkal - a çatır, yüksək dağlıq hissələrdə isə tədricən artması ( buludluluq azaldığı üçün) müşahidə olunur.

Şaxtasız günlərin orta illik miqdarı 241 gün (minimum 208, maksimum 287 gün) veqetasiya d övründə 5 0 -dən yuxarı tempuratur müşahidə edilən günlərin sayı 265 gün, 10 0 -dən yuxarı olan günlərin sayı isə 198 günə çatır. Professor Ə.C.Əyyubov. (1978) Azərbaycan Respublkiası üzrə apardığı aqroiqlim rayonlaşdırması Zamanı Qəbələ rayonun daxil olduğu Böyük Qafqaz vilayətinin cənub yamacını altı aqroiqlim rayonuna ayrıldığını göstərmişdir. Qeyd edilən rayonların hər birinin kənd təsərrüfatı sahələrinin inkişafında özünəməxsus yeri və əhəmiyyəti vardır.

Relyefi, geoloji quruluşu
Rayonun relyefi dağlıq olub şimal hissədə Baş Qafqazın Cənub yamacının yüksək dağlığından başlanmış mərkəzi hissədə Alazan-Həftəran (Qanıx-Əyriçay) vadisində, cənub hissəsi isə Acınohur ön dağlığının Qəbələ yaylasına, bu yaylanın cənud sərhəddi Surxayxan (Axar-baxar) silsiləsinin suayrıcına qədər olan oraqrafik vahidlər bir-birini əvəz edir.

Baş suayrıçaya daxil olan Saral, Çoban baba, Muçuq, Tufan və Ağbulaq şaxələri zəncirvari şəkildə rayonun ərazisini qərbdən-şərqə əhatə edir.

1. Saral şaxəsi - Raqdan yüksəkliyindən Filfilçay və Tikanlıçaya qədər uzanır. Bu şaxə dəniz səviyyəsindən 2000 M- dən (koşukar dağı) cənubdan 1000-ə qədər hündürlükdə dəyişir.

2. Rüstəmbaz şaxəsi - Salavat çayından iki qola ayrılaraq qərbə doğru Səfəryataq, şərqə isə Rüstəmbaz Salavat dağları (şaxələri) adlanır.

3. Muçuq şaxəsi -Salavat aşırımının (2896 m) cənubi-qərbindən başlayaraq Vəndamçayla Dəmiraparançay arasında yerləşir.

4. Ağbulaq şaxəsi - İsmayıllı rayonun Qaraburğu dağlarından Vəndamçayının şərq (sol) sahillərinə qədər olan ərazisini əhatə edir. Qəbələ rayonun Ərazisi geemorfoloji cəhətdən üç vilayətə bölünür:

1. Dağlıq -denitatsiyaya uğramış vilayət-şimal hissəni (1000-4466 metrədək) olan ərazili:

2. Düzənlik -akkumliyasiya nəticəsində formalaşmış vilayət-Alazan-Həftaran vadisi (450-800 m) burada yerləşir.

3. Yayla -çöl (step) vilayəti-Şəki-Qəbələ yaylasının Hacallı və Məlikli düzləri qeyd olunan vilayətə daxildir.

Qəbələnin müassir ərazisi təqribən 185 milyon il bundan əvvəl dəniz olmuş, Şərqi Avropa (şimaldan) və Ərəbistan (cənbubdan) platformalarının (iki materik tipli tavanın) toqquşması nəticəsində - Alp dağ əmələ gəlmə mərhələsində burada tədricən quru relyef formalaşaraq, 75-85 milyon il bundan əvvəl hazırki relyef formaları yaranmışdır. 10-12 milyon il bunbdan əvvələ baş vermiş sonuncu materik buzlaşması ərazinin relyefnin, xüsusən yeksək fağlıq hissənin formalaşmasında mühüm rol oynamışdır.

Rayonun dağlıq hissəsi Mezazoy erasının Yura və təbaşir dövrünə aid şist, əhəng və qum daşlı suxurların kəskin parçalanması (xüsusi ilə Saralçay, Bumçay və Dəmniraparançayın vadiləri üçün) səciyyəvidir. Vəndam çayının dərəsində qum və sistlərlə yanaşı tufogen (vulkanik) suxurlarda yayılmışdır.

Rayonun ərazisinin cənub - Məlikli və Hacallı düzlərində, Əmilli, kilisə Əmirvan dağlıq tirələrinin (Köndələndağ) Cənub yamacı, Surxayxan dağlarının isə cənub tirələri denitatsiyon (aşınıb parçalanmış) relyef formaları, yarğan - qobu şəbəkəsinin inkişafı ilə seçilir. Alazan - Həftəran vadisində isə akkumiliyativ çöküntülər, çay vadilərində Gətirmə konusları, terraslar və s. Ekzogen mənşəli relyef formaları üstünlük təşgil edir.

Ümumiyyətlə Qəbələnin ərazisi yüksək dağlıq sahələrdən tutmuş dağarası vadilərə qədər, çay dərələri ilə parçalanmış sıldırımlı dərin dərələrdən hamar sətli yaylalara qədər bütün dağlıq relyef formaları bir-biri ilə növbələşir. Respublkiamızın daxilində Böyük Qafqazın ən yüksək zirvələri : Bazardüzü (4466 m) Tufandağ (4206 m), Bazaryurd (4126 m) və Yan silsilərdə yerləşən Şahdağ (4243 m) zirvələri məhz Qəbələnin Şimal sərhədlərində su ayrıcı da yerləşir. Qeyd edək ki, Azərbaycan ərazisində olan 6 km 2 dağ buzlaqları yalnız bu Zirvələrdə (Qapıcıq zirvəsindəki 0,15 km 2 buzlağı nəzərə almasaq) mövcuddur. Rayonun relyefində onun mərkəzi hissəsini qərbdən şərqə kəsib keçən - eni 18-20 km olan Alazan - Həftaran vadisi, bu vadiyə paralel, ondan cənubda yerləşən Əmilli, Gədik, kilisə, Qızlarqalası və Əmirvan ,,dağları köndələndağ ilə ayrılan, qədim Qəbələ elinin adını yaşadan Şəki - Qəbələ yaylası (Hacallı və Məlikli düzləri) başlıca yer tutur. Şəki yaylasının Şirvan düzübdən Surxayxan (Palantökən, Qaş) alçaq öndağ silsiləsi ayırır.

Böyük Qafqaz textonik qalxması ilə Kür dağarası textonik çözməsinin sərhədləşdiyi zonada yerləşən Qəbələ rayonunun ərazisi seysmik cəhətdən fəal zona hesab edilir. 832 illik (1139-1981-ci illər) məlumata görə rayon ərazisində 1949-56-cı illərdə və 1981-ci ilin dekabr ayında dörd dəfə 3-5 bal gücündə zəlzələ hadisəsi qeydə alınmışdır.

Mürəkkəb dağlıq relyef və Mezazoy - Kaynazoy eralarının müxtəlif gioloji dövürlərinə məxsus suxurlar Qəbələnin yeraltı təbii sərvətlərinin rəngarəngliyinə və zənbginliyinə səbəb olmuşdur.

Rayonun ərazisində sənaye əhəmiyyətli gillər, şist, əhəng daşı, çınqıl, çay daşı, mişar daşı (Nic qəsəbəsindən cənubda tosiklə sərhəd bölgədə) yataqları və mineral bulaqları (Qəmərvan, Şonqar, Yengicə, Solqıca və sair) vardır. Metal filiz ehtiyatlarının da olması (Balakən - filizçay polimetal yatağının uyğun geoloji ərazidə yerləşməsinə görə) ehtimal olunur.

Dübrar - Babadağ qalxanının Qəbələ ərazisindəki davamında, Vəndam qəsəbəsindən 4-5 km və Laza kəndindən 3 km şimalda əhəngdaşı yataqları vardır. Lakin sıldırımlı dağlıq relyef şəraiti bu yataqların mənimsənilməsini çətinləşdirir.

Vəndam qəsəbəsi, Həzrə və Seyidqışlaq kəndlərinin əhatəsində (Vəndam antikilinalında) inşaat əhəmiyyətli əhəng daşı (mişar daşı) bu ərazinin sakinləri tərəfindən müxtəlif məqsədləri üçün istifadə olunmuşdur.
Inşaat gilləri - Qəbələ şəhərinin şimali - qərbində (,,Qafqaz" turist bazasının cənubunda yerləşən bu yatağın geloji ehtiyatı 7 min m 3 olduğu müəyyən edilmişdir.), Küsnət, Böyük Əmilli, Çuxur Qəbələ Soltannuxa, Tövlə, Dızaxlı, Yengicə və s . kəndlərin əhatəsində müxtəlif keyfiyyətə malik inşaat gilləri vardır. Rayonda adları çəkilən yataqlardan yerli əhali hələ eramızdan əvvəldən ta bu günə qədər tikinti materialları və məişət qabları istehsalında geniş istifadə etmişlər.
1933-cü ildə Vəndam qəsəbəsinin ,,Şəhərgah" adlanan ərazisində qalınlığı 1,8 m olan boz kömür yatağı kəşf edilmişdir. Gioloji ehtiyatı az olduğu üçün hasilatı iqtisadi cəhətdən əhəmiyyətli hesab olunmur. Mineral sular :

1. Qəmərvan (,,Çömçə bulaq") mineral bulağı - Qəmərvan kəndindən 5 km Şimalda, Bum çayın dərəsində, 1388 metr hündürlükdə səthə çıxan termal- mineral sudur. Təbii tempuratur 39,2 0 -dir. Kükürdlü və dəmirli birləşmələrlə zəngindir. 1965-1966-cı illərdə və 1973-1977-ci illərdə Sankt-Peterburq şəhərində xüsusi labaratoriyada Qəbələ rayonundakı ,,Qəmərvan" ,,Şonqar" və ,,Yengicə" mineral bulaqlarının suyundan götürlümış nümunələr kimyəvi analizdən keçirilmişdir. Analiz nəticəsində müəyyən edilmişdir ki, Qəmərvan suyunun tərkibində silisumlu birləşmələr 30-40 mq /l, kükürd 3-12 mq/l olub, ümumi minerallığı 1,52-1,79 q/l bərabərdir. Sutqalıq gücü 50 min litrə çatır. Suyunun kimyəvi və fiziki xassələrinə, müalicəvi əhəmiyyətinə görə Qəmərvan mineral bulağı Qərbi Avropada (Priney yaramadasında) məşhur olan Kuldur mineral suyu ilə analoq təşgil edir. Qəmərvan mineral suyundan müalicəvi istifadə üçün 2007-ci ildən rayonun Qəmərvan kəndi ərazisində " Qəmərvan" isti su müalicə-sağlamlıq kompleksi başlığı altında müalicə ocağı fəaliyyət göstərir.

2. Şonqar mineral bulağı - Qəbələ şəhərinin şimali - şərqində, Dəmiraparan çayının sol sahilində, ,,Qızılqaya" dağının ətəyində yerləşir. Suyunun minerallığı yüksək olub, 40 q/ litrə çatır. Hidrokarbonatlı, əhəngli soyuq mineral bulaqdır, sutqalıq gücü 86.400 litrə çatır. Yüksək keyfiyyətli içməli su kimi əhali tərəfindən geniş istifadə olunur. 2000-ci ildə bu suyu boru kəməri ilə ,,Zaman" dağının (Dəmiraparan çayının üzərindəki körpüyə) gətirilərək burada ,,Heydər" bulağı adlı bulaq kompleksi yaradılmışdır.

3. Yengicə mineral bulağı - Yengicə kəndinin şimali şərqində, böyük çayın dərəsində yerləşir. Hidrokarbonatlı natrium, maqnezium və əhəngli sudur, ümumi minerallığı 0,48 q/l olub, soyuq kükürdlü sudur. Qəmərvan suyu kimi Yengicə suyunda müalicəvi əhəmiyyəti yerli və ətraf rayonların əhalisinin diqqətini özünə cəlb etmişdir. Bu suyu ,,dağ daşı" ilə süni şəkildə qızdırmaqla bir çox xəstəliklərin müalicəsində geniş istifadə edilir. Yüksək keyfiyyətli sudur. Daşla qızdırılmış Yengicə mineral suyunun ion tərkibi olduqca zənginləşir. Və insan orqanizmi üçün faydalı olan 10-a qədər kimyəvi elementin birləşməsindən ibarət məhlula çevrilir. Bütün bu keyfiyyətləri nəzərə alınaraq 2007-ci ildə müassir tələblərə cavab verən ,,Yengicə istisu müalicə-sağlamlıq kompleksi fəaliyyət göstərir. Hal-hazırda müalicə kompleksinin 2 mərhələsi üzrə tikinti tamamlama işləri gedir.

 

59.2 KB

 

39 KB