Bağırlı kənd Folklor Evi 1982-ci ildən hal-hazıra kimi fəaliyyət göstərir. Xüsusi layihə əsasında tikilmiş bina 2285 nəfər əhalisi olan kənddə xidmət göstərir. Folklor Evində 3 bədii özfəaliyyət kollektivi çalışır. Binada 310 nəfərlik tamaşa zalı, 8 dərnək və inzibatı otaq vardır. 2016-ci ildə bina carı təmir olunmuşdur. Müəssisə 2013-cü ilə kimi kənd Mədəniyyət Evi, daha sonra isə kənd Folklor Evi kimi fəaliyyət göstərməyə başlamışdır. Müəssisədə 5 nəfər çalışır. Burada müntəzəm tədbirlər keçirilir, Folklor Evinin “Batır” folklor kollektivi müntəzəm olaraq rayon tədbirlərində iştirak edir, kollektivin üzvləri müxtəlif telekanallarda müsiqimizi təbliğ edirlər.