Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Ağsu rayon Kalva kənd Mədəniyyət Evi

    Kalva kənd Mədəniyyət evi tarixən qədim və böyük dağ kəndi olan Kalva kəndi ərazisində yerləşir. Kəndin 2200-ə yaxın əhalisi var. Müəssisənin xidməti ərazisində Hacman və Suraxanı kəndləri də var. Birlikdə əhalinin sayı təxminən 2800 nəfərdir. Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır (maldarlıq və bağçılıq). Rayon ərazisində ilk orta məktəb XX əsrin əvvəlində Kalva kəndində açılmışdır. Respublikamızın tanınmış sənətkarı, Üzeyir Hacıbəyovun müasiri olmuş, nəfəsli alətlərin gözəl ifaçısı, 100-dən çox musiqinin bəstəkarı Əli Kərimov, Respublika Rəssamlar İttifaqının üzvü Eyzam Şıxəliyev və s.Kalva kəndinin yetirməsidir.

   Kalva kənd Mədəniyyət evində 5 işçi çalışır. Müəssisədə böyük sənətkar Əli Kərimova aid xüsusi guşə yaradılmışdır. Müəssisədə  Kalva kəndi haqqında, ağsulu Milli Qəhrəmanlarla bağlı, multi- kulturalizmlə bağlı stendlər hazırlanmışdır.

 

Ünvan:
Ağsu rayon Kalva kəndi

 

185.2 KB