Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Ağsu rayon Bico kənd Sənətkarlıq evi

      Bico kənd Sənətkarlıq evi rayonun qədim və böyük kəndlərindən biri olan Bico kəndi ərazisində yerləşir. Müəssisə 1985-ci ildə yaradılmışdır. Kənd Ağsu rayonundan 15 km şərqdə yerləşir. Kəndin təxminən 1900 nəfər əha lisi var. Bico kənd Sənətkarlıq evinin xidməti ərazisində Keçdiməz kəndi də var. Birlikdə əhalinin sayı 2200 nəfərdir.

      Müəssisə təxminən 15 il bundan qabaq Bələdiyyənin binasında yerləşdirilmişdir.   Müəssisə 2015-ci ilin iyul ayından profilləşmiş və Bico kənd Sənətkarlıq evi  adlanır. Müəssisədə  5 nəfər  işçi çalışır.

      Müəssisədə  xalçaçılıq, vokal, nağara, rəsm  dərnəkləri  fəaliyyət  göstərir.  Həmçinin Bico kəndi də rayonun ziyalıları ilə məşhur olan kəndlərindəndir. Ta qədimdən əhalinin məşğuliyyəti kənd təsərrüfatı və xalça, palaz toxuculuğu ilə məşğul olmaq olmuşdur.   Bico kənd Sənətkarlıq evinin keçirdiyi tədbirlər sırasında əsasən sənətkarlıqla  bağlı tədbirlər, tarixi və əlamətdar günlərlə bağlı və ictimai-mədəni  tədbirlər üstünlük təşkil edir.

      Müəssisədə  “Şəhidlər ölməz, Vətən bölünməz!”,  “Bico, qədim kəndim” adlı stendlər, kənd ərazisində yerləşən Pirəmsaq qəbirstanlığı (ilkin orta əsrlər) və Pirəşeydul lah (orta əsrlər) tarixi abidələri  haqqında məlumat  guşələri hazırlanmışdır.

 

 

 

Ünvan:
Ağsu rayon Bico kəndi

 

29.8 KB