Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Tabe təşkilatlar

Lahıc Tarix-Diyarşünaslıq Muzeyi

Lahıc Tarix-Diyarşünaslıq Muzeyi 1985–ci ildə Lahıc Tarix-Mədəniyyət Qoruğunun nəzdində ictimai əsaslarla təşkil edilib. 1992–ci ildən dövlət statusu alaraq Lahıc Tarix- Diyarşünaslıq Muzeyi kimi fəaliyyət göstərir.  Hal-hazırda burada 1331 ədəd eksponat qorunub saxlanılır. Bina 10 ekspozisiyaya, müxtəlif şöbələrdən ibarətdir və müxtəlif mövzulara aid guşələr yaradılmışdır. 1000–dən çox eksponat muzeyə gələn ziyarətçilərə  təqdim edilir. Hər il muzeyə minlərlə ziyarətçi gəlir. Muzeyin əməkdaşları tərəfindən gələn ziyarətçilərə yüksək səviyyədə qarşılanır, onlara lazımi məlumatlar verilir,  onlar üçün ekskursiyalar təşkil edilir.  Ekskursiyalar həm muzeydaxili, həm də muzeydən kənar keçirilir. Eləcə də  Muzeydə Lahıc sənətkarlarının əl işlərindən ibarət sərgilərin nümayişi, digər mədəni tədbirlər təşkil olunur.

Ünvan:
İsmayıllı rayon Lahıc qəs. Ələkbər Əliyev küç.22
Telefon:

050-460-56-42

050-778-99-08

E-mail:

bayramov.asiman@mail.ru

 

3.2 MB

 

2.8 MB

 

3.4 MB