Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Şamaxı Turizm İnformasiya Mərkəzi

Şamaxı Turizm İnformasiya Mərkəzi 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnamənin tələblərini rəhbər tutaraq fəaliyyətə başlamış və bölgənin davamlı turizmini inkişaf etdirmək məqsədi daşıyır. Mərkəzin əsas funksiyaları Şamaxıya gələn yerli və əcnəbi turistlərə Şamaxının tarixi, mədəniyyəti, tarixi abidələri, adət-ənənələri, milli mətbəxi, florası, faunası, astofizika rəsədxanası və turizm potensialı  haqqında dolğun informasiya verməkdir. Mərkəzə müraciət edən əcnəbi turistlərə mərkəzin əməkdaşları tərəfindən ingilis, rus və ərəb dillərində məlumat verilir. Turistlər üçün müxtəlif daxili turlar təşkil olunur və bələdçi xidməti ilə təmin olunurlar. Bundan əlavə turistlərə Şamaxı haqqında buklet, Şamaxının turist xəritəsi, fotoalbom və sair təqdim olunur. Şamaxı Turizm İnformasiya Mərkəzi mütəmadi olaraq müxtəlif daxili və beynəlxalq turizm sərgilərində iştirak edərək Şamaxının turizm potensialını təbliğ edir.

Ünvan:
Şamaxı rayon, Nəriman Nərimanov küçəsi 80
Telefon:

050-552-83-21

E-mail:

info@shamakhi.travel

Url:
https://www.facebook.com/shamakhi.travel/

 

2.2 MB

 

2.2 MB