Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Şamaxı rayon Tarix-Diyarşünaslıq Muzeyi

 Seyid Əzim  Şirvani adına Şamaxı Tarix-Diyarşünaslıq muzeyi 1945-ci ildə Ölkəşünaslıq muzeyi adı ilə təşkil  olunmuşdur. Muzeyin ilk rəhbəri görkəmli  filoloq alim Bilal İbrahimov olmuşdur. Bir neçə il ərzində  muzeyə xeyli eksponat toplanmış, 1948-ci ildə ilk ekspozisiya  tərtib olunmuşdur.

     Muzeyin binası müasir tələblərə cavab  vermədiyi  üçün  2004-cü ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin əmrinə əsasən hər iki muzeyin ştat vahidləri saxlanılmaqla Tarix-Diyarşünaslıq muzeyi  Dövlət Döyüş  Şöhrəti muzeyinin binasına köçürülmüşdür.

    Muzeyin binası 2009-cu ildə  əsaslı şəkildə təmir olunmuş, ekspozisiya yenidən  qurulmuşdur.

     Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev cənabları  2009-cu il noyabr ayının 26-da S.Ə.Şirvani adına Şamaxı  Tarix- Diyarşünaslıq muzeyinin  açılış mərasimində iştirak etmişdir.

   Muzey səkkiz bölmədən ibarətdir və buradakı  hər bir mədəniyyət abidələri, eləcə də hər hansı bir diyarın tarixinə dair qiymətli sənət nümunələri və s. əşyalar həm bu günümüzdə nümayiş olunur,  həm də mühafizə olunaraq gələcək nəsillərə ötürülür.

Ünvan:
Şamaxı rayon, S.Ə. Şirvani küç, 105
Telefon:

(020) 265-65-49

E-mail:

shamakhi.tarix.muzey@gmail.com

Url:
https://www.facebook.com/groups/271735582852774/

 

71.3 KB

 

2.6 MB

 

88.7 KB