Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyi

  Qəbələ   rayon  Tarix-Diyarşünaslıq  Muzeyi 1980-ci  ilin may ayının 15-dən  fəaliyyət  göstərir. Muzey 2004-cü  ildə hal-hazırkı binaya  köçürülmüşdür. Muzeyin 900 kv.m-lik  binası, 13 ekspozisiya  zalı, fondu, Heydər Əliyev xatirə otaqları,  şəkil qalereyası, zəngin elmi  kitabxanası, açıq səma altında  təşkil olunmuş  qədim daş abidələrdən ibarət sərgi meydançası vardır. Muzeyin  rəhbərliyi ilə filial olaraq İsmayıl  Bəy  Qutqaşınlının xatirə  Ev Muzeyi və Şəhidlərin  Xatirəsi  Muzeyi yaradılmışdır  və yeni  filialların təşkili  sahəsində iş aparılır.

Muzeyin fondunda əsasən Azərbaycanın, Qəbələnin 2500  illik  tarixini  əks  etdirən 1400-ə  yaxin tarixi  və elmi  əhəmiyyətə  malik  eksponat  mühafizə  olunur. Burada arxeoloji, etnoqrafik, numizmatik  materiallar,  xalq  sənət  nümunələri, qədim   əlyazma  və  çap  kitabları  diqqəti  xüsusilə  cəlb  edir. Burada tədqiq, təbliğ, mühafizə olunan   materiallar  əsasında  namizədlik  və  doktorluq  dissertasiyaları yazılmışdır.

  Muzey Respublikamızın  aparıcı   muzeyləri,  AMEA-nın Elmi-tədqiqat müəssisələri  ilə sıx  əməkdaşlıq  edir. Bu  mədəniyyət  ocağında  vaxtaşırı  olaraq  kütləvi  tədbirlər  keçirilir,  tarix  və  ədəbiyyat  dərslərinin  tədrisinə  şərait  yaradılır.

   Muzey barədə  300-dən çox  qəzet,  jurnal  məqaləsində  bəhs  olunmuş,  müxtəlif  televiziya  kanallarında  süjetlər  göstərilmiş,  50-yə dək kitabda  məlumat  verilmiş,  bir  neçə  televiziya  filmi çəkilmişdir.     

Ünvan:
Qəbələ rayon, Heydər Əliyev pr.40
Telefon:

(024)20-5-13-86

E-mail:

Xalis.Muzey@hotmail.com

Url:
https://www.facebook.com/pg/Q%C9%99b%C9%99l%C9%99-Tarix-muzeyi-165506210309039/photos/?ref=page_internal

 

612.5 KB

 

593.9 KB

 

53 KB