Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1991-ci ildə Mərəzə qəsəbə kitabxanasının əsasında və binasında yaradılmışdır. Qobustan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi hal-hazırda Mərkəzi  kitabxana, Uşaq kitabxanası  və  14 kitabxana  filialı ilə  oxuculara  xidmət  göstərir. Mərkəzi  Kitabxanada  ümumilikdə 69  işçi çalışır.

Qobustan rayon Mərkəzi  Kitabxanası  6 şöbədən  ibarətdir:

Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi
Oxuculara xidmət şöbəsi
Metodika və biblioqrafiya şöbəsi
Komplekləşdirmə və kitabişləmə şöbəsi
Mərkəzi Uşaq şöbəsi.
İnformasiya-resurs şöbəsi

  Qobustan rayon Mərkəzi kitabxanasında kitabxanalara daha çox oxucu cəlb etmək, insanların mütaliəyə, kitabxanaya və kitaba qarşı marağını artırmaq məqsədi ilə yeni kitabların təqdimat mərasimləri, ənənəvi kitab bayramları, kitab müzakirələri, daimi və tematik kitab sərgiləri, oxucu konfransları, görüşlər və s. mövzularda tədbirlər keçirilir və bu tədbirlər mütəmadi olaraq kitabxananın  veb saytında və facebook səhifəsində yerləşdirilir.

Ünvan:
Qobustan rayon, Heydər Əliyev pr.123
Telefon:

(020) 24-5-29-36

E-mail:

cebrayilova.adile@mail.ru

Url:
gobustan.cls.az

 

3.5 MB

 

3.4 MB

 

3.5 MB