Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Qəbələ rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Qəbələ rayon Mərkəzi Kitabxanası 1930-cu ildə yaradılmışdır. 1978-ci ildən Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyət göstərir. Qəbələ rayon Mərkəzi Kitabxanası  2005-ci ildən rayon Mərkəzi Xəstəxanasının balansında olan,  Uşaq poliklinikasının binasına köçürülmüşdür. Kitabxananın ümumi sahəsi 270 kv.m-dir.

Qəbələ MKS-1 Mərkəzi kitabxana, 2 şəhər, 3 qəsəbə və 15 kənd filialından ibarətdir.

Mərkəzi kitabxanada 6 şöbə fəaliyyət göstərir:

1.Oxuculara xidmət şöbəsi

2. Komplektləşdirmə və kitabişləmə şöbəsi

3.Uşaq şöbəsi

4.Metodika və biblioqrafiya şöbəsi

5. Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması  şöbəsi

6. İnformasiya-resurs şöbəsi

MKS üzrə ümumilikdə 91 nəfər işçi çalışır. MKS-in kitab fondunda 131334 nüsxə kitab vardır. Eləcədə kitabxanada “Qəbələ” diyarşünaslıq guşəsi ,“Turizm”, “Ümummilli lider”,  “Azərbaycanın milli qəhrəmanları”, “Qəbələnin ilk şəhidləri”, “Xocalı soyqırmı”, “İdman sağlamlıqdır” və s. başlıqları altında sərgilər oxucuların ixtiyarındadır.

Kitabxanalara oxucuların cəlb edilməsi üçün əhali arasında daim təbliğat  işləri aparılır, yeni gəlmiş ədəbiyyatların biblioqrafik xülasəsi yerli qəzet vasitəsilə oxuculara çatdırılır. Kitabxanalar tərəfindən keçirilən tədbirlər  MKS-in saytında yerləşdirilir və mətbuatda məqalələr dərc olunur. 

Ünvan:
Qəbələ rayon, Heydər Əliyev pr.12
Telefon:

(24)2051893

E-mail:

qebelemks@gmail.com

Url:
http://gabala.cls.az

 

2.9 MB

 

171.6 KB

 

173.3 KB