Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi

Tabe təşkilatlar

İsmayıllı rayon Tarix-Diyarşünaslıq Muzeyi

Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ilin aprel ayında ilk fəaliyyət göstərir. Muzey 2 ekspozisiya-sərgi zalı, bir akt zalı, foye və bir neçə digər inzibati otaqlardan ibarət olmaqla ümumi sahəsi 340 kv.m-dir.   

  İsmayıllı rayonu Antik dövr, Qafqaz Albaniyası və orta əsrlərə aid abidələrlə zəngindir. Muzey İsmayıllının tarixini öyrənmək, tədqiq etmək və yaşatmaq baxımından çox böyük  əhəmiyyətə malikdir. Muzeydə eramızdan əvvəl III-I əsrlərə aid,arxeoloji gil, tunc, dəmir əşyaları, XVIII-XX əsrlərə aid geyim və məişət əşyaları, dulusçuluq, misgərlik, xalq-tətbiqi sənəti, kənd təssərüfatı, zərgərlik, silahlar, toxuculuq və s. nümunələri saxlanılır.

         Muzeyin məqsədi insan cəmiyyətinin inkişafını əks etdirən maddi və mənəvi mədəniyyət abidələrini, eləcə də hər hansı bir diyarın tarixinə dair qiymətli sənət nümunələrini, sənədləri, görkəmli el sənətkarlarının düzəltdikləri əşyaları                 ( qiymətli silahlar və paltarlar, zərgərlik məmulatı, qiymətli qab-qacaq və s.), kitabələri və tabloları, heykəltaraşlıq əsərlərini (barelyef, qorelyef, qəbirüstü sənduqələr) ,diyarın tarixini, etnoqrafiyasını, məişətini əks etdirən və s. əşyaları toplamaq, mühafizə etmək, öyrənmək, nümayiş etdirmək və onları gələcək nəsillərə çatdırmaqdır.

Burada rayonun ümumtəhsil məktəbləri, idarə və müəssisələri, Peşə Tədris Mərkəzi, məktəbdənkənar və məktəbəqədər təhsil müəssisələri ilə əlaqələr yaradılır, onlar muzeyə dəvət olunur, ekskursiyalar aparılır, mühazirələr oxunur, tarixi dərslər təşkil olunur. Eləcə də 2002-ci ildən başlayaraq hər il ənənəvi keçirilən “Muzeylər gecəsi” aksiyası çərçivəsində Beynəlxalq Muzeylər Günü münasibəti ilə “Açıq qapı” günləri təşkil olunur və Muzey böyük məmnuniyyətlə öz ziyarətçilərini qəbul edir.

Ünvan:
İsmayıllı rayon, Babək pr.29
Telefon:

(020)28-5-32-20

E-mail:

ismayillimuzeyi@gmail.com

Url:
https://www.facebook.com/%C4%B0smay%C4%B1ll%C4%B1-rayon-Tarix-Diyar%C5%9F%C3%BCnasl%C4%B1q-Muzeyi-684067638327237/?fref=ts

 

248.6 KB

 

62 KB

 

310.6 KB