Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

İsmayıllı Turizm İnformasiya Mərkəzi

İsmayıllı Turizm İnformasiya Mərkəzi 2015-ci ildən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təsdiq olunmuş əsasnamənin tələblərini rəhbər tutaraq fəaliyyətə başlamış və davamlı olaraq bölgənin turizm sektorunu inkişaf etdirmək məqsədi daşıyır. Mərkəzin əsas funksiyaları İsmayıllıya gələn yerli və əcnəbi turistlərə İsmayıllının tarixi, mədəniyyəti, tarixi abidələri, adət-ənənələri, milli mətbəxi, florası, faunası və turizm potensialı  haqqında dolğun informasiya verməkdir. Mərkəzə müraciət edən əcnəbi turistlərə mərkəzin əməkdaşları tərəfindən ingilis və rus dillərində məlumat verilir. Turistlər üçün müxtəlif daxili turlar təşkil olunur və bələdçi xidməti ilə təmin olunurlar. Bundan əlavə turistlərə İsmayıllı haqqında buklet,  fotoalbom və s.  təqdim olunur. İsmayıllı Turizm İnformasiya Mərkəzi mütəmadi olaraq müxtəlif daxili və beynəlxalq turizm sərgilərində iştirak edərək İsmayıllının turizm potensialını təbliğ edir.

Ünvan:
İsmayıllı rayonu, Heydər Əliyev pr. 61
Telefon:

(020) 28-5-31-45

E-mail:

ismailli_turizm@mail.ru

Url:
https://www.facebook.com/%C4%B0smay%C4%B1ll%C4%B1-Turizm-%C4%B0nformasiya-M%C9%99rk%C9%99zi-%C4%B0smailli-Tourism-%C4%B0nformation-Centre-668781853256503/?fref=ts

 

1.4 MB

 

1.5 MB

 

1.6 MB