Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar

Qəbələ Dövlət Rəsm Qalereyası

Qəbələ Dövlət Rəsm Qalereyası 2006-cı il fevral ayının 1-dən fəaliyyət göstərir. Qalereya Qəbələ rayon Mədəniyyət  Mərkəzinin binasında  yerləşir. Ümumi sahəsi 600 kv.m-dir. Burada yüksək səviyyədə iş şəraiti yaradılmış, iş otaqları müasir avadanlıqlarla təmin olunmuşdur. Qalereyanın iş fəaliyyəti əsasnaməyə uyğun olaraq 1 illik perspektiv iş planı əsasında qurulur. Hal- hazırda 8 işçi fəaliyyət göstərir. Qalereyanın fonunda Azərbaycanın tanınmış rəssamlarından Böyükağa Mirzəzadə, Yusif Hüseynov, Lətif Feyzullayev, Davud Kazımov, Baba Əliyev, Səməd Haqverdiyev, Hafiz Məmmədov, yerli rəssamlardan Müsavər Cavadov, Malik Ağayevin yağlı boya və akvarel ilə işlənmiş 120 ədəd rəngkarlıq əsərləri, xalq yaradıcılığı nümunələrindən ağac üzərində oyma işləri, müxtəlif xalça və duluzçuluq qabları vardır. Qalereyada ümumilikdə 212 əsər nümayiş etdirilir ki, onların 103 ədədi rəsm əsəri, 109 ədədi isə dekorativ tətbiqi sənət nümunələridir. 

Qəbələ Dövlət Rəsm Qalereyası mütəmadi olaraq sərgilər təşkil edir, geniş miqyaslı rayon tədbirlərində və digər tədbirlərdə iştirak edir.

Ünvan:
Qəbələ rayon, 28 may küç.42
Telefon:

(024)205-17-91

E-mail:

tnesmiyeva@mail.ru

Url:
https://www.facebook.com/profile.php?id=100007579187488&fref=ts

 

120.3 KB