Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qobustan rayonunda təntənəli bayram tədbiri

29.12.2017

Qobustan rayon Gənclər Mərkəzində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təntənəli bayram tədbiri təşkil olundu.
Tədbir zamanı çıxış edən Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov müəssisə kollektivlərini, rayon sakinlərini bayram münasibətilə təbrik etdi. O çıxışı zamanı Respublika iqtisadiyyatının inkişafının möhkəm təməlini qoyan ümummilli lider Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərini xüsusi olaraq vurğuladı və  Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində Azərbaycanda bütün sahələrdə davamlı tərəqqinin təmin edilməsi, qazanılan uğurlar haqqında danışdı.
Sonra zala daxil olan şaxta baba və qar qız qobustanlılara Yeni il arzularını çatdırdılar, uşaqlara bayram hədiyələri paylaydılar və uşaqlarla birgə rəqs etdilər. Qobustan rayon Mədəniyyət  Mərkəzinin və  Uşaq İncəsənət  Məkətbinin təşkilatçılığı ilə musiqi kollektivlərinin  rəngarəng konsert proqramı ilə tədbir xoş əhval-ruhiyyədə davam etdi.

 

216.3 KB

 

234.5 KB

 

233.8 KB