Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

06.12.2018

Qəbələ rayon Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri bu gün rayon 3 saylı məktəbin müəllim-şagird kollektivi və mərkəzin əməkdaşlarının iştirakı ilə təşkil olunub. Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə mərkəzin direktor əvəzi K.Qasımova açaraq, ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qurulması istiqamətində atdığı addımlardan bəhs edib. Bildirib ki, görkəmli dövlət xadimi ölkəmizə rəhbərlik etdiyi bütün illərdə tariximizə, milli dəyərlərimizə, mədəniyyətimizə, elmimizə, təhsilimizə xüsusi diqqət və qayğı göstərib. O, ulu öndərin rəhbərliyi ilə ölkəmizin qazandığı bütün uğurların Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini və daha da zənginləşdirildiyini diqqətə çatdırıb