Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Naxçıvan 2018-ci ildə İslam mədəniyətinin paytaxtıdır

06.12.2018

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı Qəbələ rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.Dəyirmi masa arxasında təşkil olunmuş tədbirdə Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları iştirak edirdilər.Tədbiri giriş sözü ilə açan Mərkəzin direktor əvəzi Kəmalə Qasımova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 iyun 2016-cı il tarixli 2091 nömrəli Sərəncamı ilə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edildiyini və bununla əlaqədar Təşkilat Komitəsi yaradıldığını qeyd etmişdir.O, Sərancamda “Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI Konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Həmin qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynamışdır” deyə qeyd edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Mərkəzin əməkdaşı Mahirə Kərimova İslam ölkələri ilə əməkdaşlığa xüsusi diqqət yetirən ümummilli liderimiz Heydər Əliyevin : “İslam dini sülh, qardaşlıq və əməkdaşlıq dinidir… Bu, tarix boyu Azərbaycanda öz əməli ifadəsini tapmışdır.”dediyini qeyd etmişdir. O, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də dini-mənəvi dəyərlərimizin yaşadılmasına xüsusi diqqət yetirir və dünyaya dövlət-din münasibətlərinin tənzimlənməsi modelini təqdim edir. Ölkəmizdə mövcud olan dini dözümlülük və tolerantlıq, multikultural dəyərlər nümunə kimi götürülür

 

58.5 KB