Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”Canım Azərbaycanım”

29.12.2017

    Ağsu rayonu Heydər Əliyev parkında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə "Canım Azərbaycanım" adlı bayram tədbiri keçirilmişdir. Parkın mərkəzində qurulmuş Yeni il yolkasının ətrafında Şaxta baba və Qar qızın iştirakı ilə uşaqlar və yeniyetmələr əsl bayram sevincini yaşadılar. Onlar öz şerlərini söyləyib, mahnılar ifa edərək Şaxta babadan hədiyyələrini alırdılar. Konsert səhnəsində isə Ağsu rayon Mədəniyyət Mərkəzinin "Qönçə" XÇA ansamblının hazırladığı rəngarəng musiqi nömrələri bayrama gəlmiş böyük izdihamı ətrafına topladı. Tədbir şən əhval-ruhiyyədə davam etdi.

 

299.2 KB

 

300.4 KB

 

278.9 KB