Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

2018-ci il Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur.

05.12.2018

2018-ci il Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur.

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynamışdır.Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun,

həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir.

Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır.

Bu önəmli və tarixi günlə bağlı 05.12.2018-ci il tarixində Qəbələ rayon MKS-da geniş tədbir keçirilmişdir.Tədbirdə mərkəzi kitabxananın kollektivi və rayon ağsaqqalları,müxtəlif təşkilat nümayəndələri iştirak etmişdir.

 

12.9 KB

 

13.5 KB