Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ürəkləri titrədən ,könülləri fəth edən səsin sehrində…

04.12.2018

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 avqust 2018-ci il tarixli sərəncamına əsasən dahi sənətkarımız Gülxar Həsənovanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.Görkəmli opera müğənnisi,xalq artisti,yanıqlı və eyni zamanda məlahətli səsin sahibi Gülxar Həsənova Azərbaycan mədəniyyəti ,incəsənəti tarixində silinməz izlər qoydu,qızıl səs xəzinəmizə böyük tövhələr bəxş etmişdir.O,Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində parlaq,koloritli qadın orazları yaratmışdır.Müslüm Maqomayevin “Şah İsmayıl “operasında Ərəbzəngi ,Üzeyir Hacıbəyovun “Leyli və Məcnun “ operasında Leyli kimi yaddaqalan ,dolğun obrazların ifaçısı olaraq əsl sənət fədaisinə çevrilmişdir.”Əsli və Kərəm”,”Koroğlu”,”Aşıq Qərib”,”Gəlin Qayası”, ”Bahadır və Sona” və s. operalarında bənzərsiz rollar yaratmışdır.”Şöhrət “ordeni ilə təltif edilmiş sənətkarımız daim ürəklərdə yaşayaraq ,yaradıcılığı əsl sənət məbədinə çevrildi.

İlk olaraq Mədinə Xalidli sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.

Muzeyin əməkdaşı Həqiqət Rüstəmli 70 –ci illərdə tələbə vaxtlarında Gülxar Həsənovanın “Şah İsmayıl “ operasını canlı şəkildə seyr etdiyini ,onun yaratdığı Ərəbzəngi obrazının mükəmməl bir şəkildə yaddaşlarda iz qoyduğunu söylədi.Sonda Gülxar Həsənovanın ifasında “Qəmərcan” xalq mahnısı dinlənildi.

 

54.2 KB