Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Təklə kənd Uşaq Musiqi məktəbinin bayram konsertləri davam edir

29.12.2017

  İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən  Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbinin bayram konsertləri davam edir. Məkdəbin kollektivi bu dəfə də Cuxanlı kəndinin qonağı oldu.

   Cuxanlı Kəndin  tam orta məktəbinin akt zalında kənd ictimaiyyəti və məktəblilər üçün  “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramlarına həsr edilmiş konsert praqramı ilə çıxış edən Uşaq Musiqi məktəbinin kollektivi hər kəsə unudulmaz bayram sevinci yaşatdı. Tədbirin zamanı çıxış edən Cuxanlı kənd tam orta məktəbinin müəllimi S.Hümbətov kollektivə maraqlı konsert proqramına görə  öz təşəkkürünü bildirdi.

  Sonda uğur qazanmış şagirdlər fəxri fərmanlarla təltif olundu.

 

868.4 KB

 

803.8 KB

 

1 MB