Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İsmayıllıda bayram tədbiri

29.12.2017

    İsmayıllıda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Qala” şadlıq sarayında geniş bayram tədbiri təşkil olundu.
Tədbir zamanı ictimaiyyət nümayəndələri, ziyalı və müəllimlər, səhiyyə işçiləri, müharibə veteranları, şəhid ailələri, gənclər və ağsaqqallar, Qarabağ müharibəsi əlilləri iştirak etmişdir. Bayram tədbirini giriş sözü ilə RİH hakimiyyətinin başçısı, Əməkdar elm xadimi, professor Mirdaməd Sadıqov açaraq tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etdi, Azərbaycan xalqına xoş günlər, rifah arzuladı. M.Sadıqov  çıxışı zamanı xüsusi olaraq qeyd etdi ki, Yeni il bütün bəşəriyyət tərəfindən qeyd edilir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü isə bütün mənalı ömrünü Azərbaycanın inkişafına, müstəqilliyinin qorunub saxlanmasına, tərəqqi və yüksəlişinə həsr edən ümummilli liderin şərəfli adı ilə bağlıdır.
Tədbir musiqili-əyləncəli proqramla davam etdi. Müğənnilərin, Şaxta baba və Qar qızın çıxışları, milli və xarici ölkə xalqlarının rəqsləri bayram tədbirini daha da rəngarəng etdi.
Həmçinin tədbirdə 2017-ci ildə fərqlənən bir qrup pedaqoji işçiyə, səhiyyə və mədəni-maarif sahəsində çalışanlara, kənd təsərrüfatı işçilərinə  RİH-nin Fəxri fərmanları və qiymətli hədiyyələri də təqdim olundu.
 

 

 

272.9 KB

 

285.5 KB

 

290.1 KB