Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qobustan rayon Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Malik Səlimli adına Mədəniyyət Mərkəzində Mikayıl Müşfiqin 110 illiyi münasibəti ilə “Ürəklərdə yaşayan şair” adlı ədəbi-bədii gecə keçirilmişdir

08.11.2018

Qobustan rayon Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Malik Səlimli adına Mədəniyyət Mərkəzində Mikayıl Müşfiqin 110 illiyi münasibəti ilə “Ürəklərdə yaşayan şair” adlı ədəbi-bədii gecə keçirilmişdir. Tədbirdə təhsil və mədəniyyət işçiləri , 1-2 saylı orta məktəblərin müəllim-şagird kollektivi iştirak etmişlər. 2 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bayımov Səmid şairin yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı prezidentin sərəncamı haqqında məlumat verdi. Sonra şairin həyat və yaradıcılığından söz açdı və qeyd etdi ki, Böyük şair Mikayıl Müşfiq milli folklordan və klassik ədəbi ənənələrdən layiqincə bəhrələnməklə yaratdığı dərin lirizmə malik və doğma dilin bütün gözəlliklərini özündə ehtiva edən bənzərsiz poetik nümunələrlə Azərbaycanın çoxəsrlik bədii fikir xəzinəsini daha da zənginləşdirmişdir. Digər çıxış edənlər Müşfiq poeziyasının tükənməz çeşməsindən bir-birindən gözəl əsərlərini dinləndirərək poeziya gününə rəng qatdılar. Şairin ədəbiyyatımıza verdiyi töhfələrdən, onun yaradıcılığının gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğundan söhbət açdılar. Mikayıl Müşfiqin yaradıcılığına həsr olunmuş slayd izləndi. Sonda 2 saylı tam orta məktəbinin şagirdləri bədii kompozisiya ilə çıxış etdilər. Şairin şerləri səsləndirildi və onun şerlərinə yazılmış mahnılar ifa olundu. Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

 

100.1 KB

 

67.7 KB

 

78 KB