Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qəbələ Dövlət Rəsm Qalereyasında bayram münasibətilə rəsm sərgisi

28.12.2017

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qəbələ Dövlət Rəsm Qalereyası 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” bayramı münasibətilə rəsm dərnəyi şagirdlərinin rəsmlərindən ibarət sərgi təşkil etdi. Sərgini giriş sözü ilə direktor əvəzi Təzəgül Nəsmiyeva açaraq tədbir iştirakçılarını salamladı və sərgi haqqında qısa məlumat verdi. Sonra Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev və MKS-in direktoru Anar Rüstəmli, rəsm dərnəklərinin rəhbərləri Jalə Məmmədova və Rəvan Şakərimli çıxış edərək sərgi iştirakçılarını bayram münasibətilə təbrik etdilər. Sərgidə mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak etmişdir. Sonda şaxta baba sürpriz olaraq tədbirə daxil oldu, uşaqları bayram hədiyyələri ilə sevindirdi. Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılandı.

 

190.7 KB

 

219.8 KB

 

228.5 KB