Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Qobustanda balacaların bayram sevinci

28.12.2017

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon MKS-nin Uşaq şöbəsi A.O.Çernyayevski adına 1 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri ilə birlikdə Yeni il tədbiri keçirdilər. İlk öncə əməkdaşımız Şıxıyeva Mətanət şagirdləri, onların müəllimləri Leyla xanımı və bütün tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik etdi, şagirdlərə dərslərində nəaliyyətlər arzulayaraq onlara ən xoş diləklərini çatdırdı. Şaxta baba və qar qız da öz növbələrində şagirdləri bayram münasibəti ilə təbrik edərək, onlara yeni-yeni uğurlar arzuladılar. Sonra isə şagirdlər hazırladıqları bayram şeirlərini söylədilər, mahnılar səsləndirdilər, bayram münasibəti ilə hazırladıqları tamaşaları nümayiş etdirdilər. Sonda uşaqlar Şaxta baba və Qar qızla birlikdə şən musiqi sədaları altında rəqs edərək əyləndilər.

 

415.2 KB

 

494.8 KB

 

390.5 KB