Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsinin təqdimat mərasimi keçirildi

26.12.2017

    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin yeni layihəsinin təqdimat mərasimi keçirildi. Qəbələ rayon Heydər Əliyev Mərkəzində təqdim olunan layihə Respublika üzrə ilk dəfə olaraq həhata keçirilmişdir. Layihənin məqsədi Ümumilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyəti, gördüyü işlər və apardığı məqsədyönlü siyasətin təbliği ilə məşğul olan, müxtəlif sektorlarda çalışan rayonun fəal gənclərini və rəsmilərini Heydər Əliyev Mərkəzinin "Fəxri üzvü"adı ilə təltif etmək, Fəxri fərmanlarla mükafatlandırmaqdır.

    Tədbir zamanı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin bir qurup nümayəndəsi- Regionlarla İş Sektorunun müdiri Pərviz İsgəndərli, Mədəiyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin müdiri Asif Usubəliyev, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Qulamov, Qeyri-Hökümət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev, Rusiyanın Ümumrusiya metodiki şurasının sədr müavini Andrey Aleksandroviç, İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Elnur Hüseynov, Regional İdarənin bir qurup nümayəndə heyyəti, Qəbələ rayon İcra Hakimiyyəti, idarə və təşkilatların nümayəndələri və digər rəsmi şəxslər iştirak etmişdir.

   Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Z.Ağayeva açaraq sözü Qəbələ rayon İcra  başçısı Səbuhi  Abdullayevə verdi.  S. Abdullayev belə bir layihənin ilk dəfə Qəbələ rayonunda həyata keçirilməsindən öz məmnunluğunu bildirdi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə öz təşəkkürünü bildirdi. Sonra söz Pərviz İsgəndərliyə verildi. O çıxışını bitirdikdən sonar Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin imzaladığı fəxri fərmanı Qəbələ rayon icra başçısı S.Abdullayevə təqdim etdi. Daha sonar söz Asif Usubəliyevə verildi.  A.Usubəliyev layihənin əhəmiyyətindən danışdı və çıxışının sonunda Mədəiyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Fəxri fərmanını  Z.Ağayevaya təqdim etdi.

 

   Mərasimdə daha beş nəfərə Heydər Əliyev Mərkəzinin Fəxri fərmanları təqdim olundu.

    1-Abdullayev Seymur Hikmət oğlu – Qəbələ rayon Müalicə Diaqonastika mərkəzinin həkimi

    2-Soltanov Fəxri Elxan oğlu- Qəbələ rayon İdman və Gənclər İdarəsinin rəisi

    3-Nağiyev Oktay Rüfət oğlu- Vəndam Maldarlıq kompleksinin direktoru

    4-Abdurahmanov Elşad Nəriman oğlu – Məmmədağali kənd tam orta məktəbin müəllimi

    5-Əzizov Cavid Xəyal oğlu – Qəbələ rayon Zarağan kəndi- Taekvando üzrə Respublika birinciliyi və müxtəlif turnirlərin qalibi .

 Tədbir zamanı həmçinin Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin violin ixtisası üzrə müəllim və şagirdləri sərbəst konsert proqramında iştirak edərək müvəffəqiyyətlə çıxış etdilər.

 Belə bir layihənin gələcəkdə digər rayonlarda da həyata keçirilməsi nəzərdə tutulmuşdur.

 

 

 

 

 

 

80.6 KB

 

1.6 MB

 

1.4 MB