Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Təklə kənd Uşaq Musiqi məktəbində görkəmli bəstəkar Emin Sabitoğlunun 80 illiyinə həsr olunmuş tədbir keçirildi

23.12.2017

    İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon Təklə kənd Uşaq Musiqi məktəbində Xalq artisti,  görkəmli bəstəkar  Emin Sabitoğlunun 80 illiyinə  həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə  Nəzəriyyə şöbəsinin  müdiri G.Hacıyeva  bəstəkarın  həyatı  və  yaradıcılığı  barədə  geniş məlumat verdi. Sonra məktəbin direktoru G.Cəbrayılov  bəstəkar haqqında xatirələrini danışdı.

   Tədbir  məktəbin  müəllim və şagirdlərinin hazırladığı  geniş konsert proqramı davam etdi.

 

1.7 MB

 

1.6 MB

 

1.5 MB