Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

”İlham Əliyev və regionların sosial-iqtisadi inkişafı” mövzusuna həsr olunmuş elmi-praktik konfrans

23.12.2017

Azərbaycan Respublikasının hərtərəfli inkişafında böyük və müstəsna rolu olan əvəzsiz şəxsiyyət Ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi sahəsindəki misilsiz xidmətlərindən biri də özündən sonra dövlətçilik irsinin daimiliyini təmin edəcək, qüdrətli varis və lider yetişdirməsidir.

Ötən illər ərzində Ulu öndərin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha aydın görünür. Ölkə başçısı özünün dövlətçilik siyasətini məhz Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ideyalarının üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun həyata keçiri və dövlət rəhbəri kimi xalqı inamla bu ideyalar ətrafında birləşdirir.

24 dekabr cənab Prezident İlham Əliyevin doğum günüdür. Bu münasibətlə İsmayıllı rayon İcra Hakimiyyəti və İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində  geniş tədbir təşkil edildi. Tədbir zamanı rayonun İcra Hakimiyyəti nümayəndələri, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyəti iştirak etmişdir.

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyi və kollektivi adından cənab Prezidenti doğum günü münasibətilə təbrik edirik!

 

333.9 KB

 

544.5 KB

 

304.6 KB