Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

İncəsənət Təhsili Mərkəzində sisilə tədbirlər keçirilir

16.05.2018

İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Gül Bayramı və Mərkəzin yaranmasının 5 illiyinə həsr olunmuş sisilə tədbirlər keçirilib.

   Əvvəlcə Mərkəzin foyesində  Rəssamlıq şöbəsinin müəllim və şagirdlərinin hazırladıqları əl işləri, rəsm sərgisi Mərkəzin rəhbərliyinə və gələn qonaqlara təqdim olundu.Sonra  Mərkəzin Böyük zalında tədbirin aparıcısı çıxış edərək, tarixi şəxsiyyət  Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən söhbət açdı ,onun haqqında qısametrajlı film nümayiş olundu.

   Daha sonra musiqi şöbələrinin hazırladıqları konsert proqramı tamaşaçılara təqdim olundu.

   Sonda Mərkəzin direktoru Namik Rzazadə çıxış edərək Ulu öndər Heydər Əliyevin bütün sahələrə olduğu kimi mədəniyyət və incəsənət sahəsinə də göstərdiyi qayğı və diqqətin əhəmiyyətindən danışdı və bu münasibətlə bir neçə müəllimə Mərkəzin rəhbərliyi adından “Fəxri Fərman”la təltif edərək gələcək fəaliyyətlərində  müvəffəqiyyətlər arzuladı.
 

 

344.3 KB

 

284 KB

 

280.4 KB