Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə geniş tədbir keçirildi

10.05.2018

   İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Ağsu rayon Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibəti ilə geniş tədbir keçirildi. Tədbirdə dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi , milli lider və xalq məhəbbətini qazanan Heydər Əliyev Haqqinda cıxışlar  edildi .

  Daha sonra tədbir konsert proqramı ilə davam etdi. Konserti məktəbin Xor kollektivi Azərbaycan Respublikasının Himni ilə açdı. Tədbirdə Umummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubleyinnə həsr olunmuş müsabiqədə təltif edilmiş iştirakçıları Cavadov Vasif və Əhmədli Namiq gözəl musiqi nömrəsi ilə çixiş etdilər. Tədbir zamanı Xalq Çalğı ALətləri orkestrının ,Fortepiano şöbəsinin şagirdlərinin , Nağaradan ibarət Ritm qurupunun bir-birindən rəngarəng çıxışları tamaşaçıların zövqünü oxşadı. Tədbir xorkollektivinin gözəl musiqi nömrəsi ilə sona çatdı.

  Tədbirdə qonağ qismində Ağsu rayon Təhsil şöbəsinin işçiləridə iştirak etmişlər. Son söz məktəbin direktoru Səfərov Yaqub müəllimə verildi . O, Ulu Öndər haqqında çıxış etdikdən sonra bu tədbirdə zəhməti olan bütün müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi.

   Son olaraq kollektivlə birgə xatirə şəkli çəkildi.

 

80.2 KB

 

79.9 KB

 

79.6 KB