Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Səyyar kitabxana xidməti təşkil edilib

14.05.2018

Mütaliənin inkişafı bizim kütləvi kitabxanalarımızın fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Mütaliə müasirlərimizin öz asudə vaxtlarını dolğunlaşdırdıqları məsuliyyətlər siyahısında heç də birinci yer tutmur, onu televiziya və digər informasiya vasitələri əvəz edir. Halbuki mütaliə edən insanlar informasiyanı daha tez təşkil edir, düzgün qərarlar tapır və qəbul edir, daha böyük yaddaş həcminə və aktiv yaradıcılıq təxəyyülünə malik olur, öz fikrini daha aydın formalaşdırır və ifadə edir.

Uşaqlarımızın mütaliə vərdişlərini aşılamaq məqsədilə əməkdaşlarımız rayonumuzda fəaliyyət göstərən məktəb və bağçalara səyyar kitabxana xidməti təşkil edir. Məktəblilərə və balaca fidanlara kitablar təqdim edilir, sual-cavab təşkil olunur.

 

114.7 KB

 

93.6 KB

 

101.5 KB