Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İsmayıllı Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Ümumdünya Kitab və Müəlliflik Hüququ günü

23.04.2018

 İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində fəaliyyət göstərən Qobustan rayon MKS-nin Uşaq şöbəsi 23 aprel  Ümumdünya Kitab və Müəlliflik Hüququ günü ilə əlaqədar olaraq Qobustan rayon A.O. Çernyayevski adına 1 saylı tam orta məktəbdə 6-cı sinif şagirdləri ilə  söhbət təşkil etdilər. Söhbətdə şöbənin əməkdaşı Mətanət Mürsəliyeva Kitab və Müəlliflik günündən danışaraq qeyd etdi ki, 1995-ci il 23 aprel tarixində Parisdə YUNESKO-nun baş konfransı keçirilib. Konfransda nümayəndələr həmin gün kitab və müəlliflərə ehtiram göstərilməsini qərara alaraq, hər kəsi, əsasən də gənc nəsli mütaliədən həzz almağa, eləcə də bəşəriyyətin ictimai və mədəni inkişafında böyük rolu olmuş insanların zəhmətinə hörmət bəslənməsinə çağırdı. Elə həmin konfransda Ümumdünya Kitab vә Müәlliflik hüququ günü, həmçinin Uşaq və yeniyetmə ədəbiyyatında dözümlülük ideallarının təbliğinə görə YUNESKO mükafatı təsis edildi.
Bu gün həmçinin Azərbaycan Media Mərkəzi və "Yeni Nəsil" Jurnalistlər Birliyi "Azərbaycanda debat mədəniyyəti" proqramı çərçivəsində növbəti debat təşkil ediblər. Debat "Azərbaycanda müəllif hüquqları qorunurmu?" mövzusunda keçirilib. Debatda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin hüquq şöbəsinin müdiri Xudayət Həsənli və Azərbaycan Müəllifləri İctimai Birliyinin sədr müavini İsmayıl Əhməd iştirak ediblər. Polemikaya müğənni Nazpəri Dostəliyeva, bəstəkar Xəyyam Mirzəzadə, MTRŞ baş məsləhətçisi Tofiq Əliyev, hüquqşünaslar, KİV və QHT nümayəndələri də qoşulublar.

 Sonda əməkdaşlarımız şöbəyə daxil olan yeni  kitablarla ilə uşaqları tanış ediblər.

 

 

1.2 MB

 

1 MB

 

1.2 MB